Xalq Bank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) tərəfdaşıdır
31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) Dünya Finalı Azərbaycanda keçirilir.
ICPC Foundation tərəfindən təşkil olunan müsabiqə ADA Universitetinin ev sahibliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə həyata keçirilir. Rəqəmsallaşma təşəbbüslərini dəstəkləyən Xalq Bank bu mühüm qlobal tədbirin Azərbaycan Banklar Assosiasiyası çərçivəsində tərəfdaşlarından biridir.
Yarışmada 70-dən artıq ölkəni təmsil edən 140-a yaxın universitet komandası iştirak edəcək. Gənc proqramçılar yarışma ərzində alqoritmik düşüncə, problem həll etmə bacarıqları və komanda işi üzrə biliklərini nümayiş etdirəcəklər. Qeyd edək ki, Dünya Finalında ölkəmizi ADA Universiteti və Bakı Ali Neft Məktəbi (BANM) təmsil edəcək.
Xalq Bank bu mühüm layihəni dəstəkləməklə ölkəmizdə rəqəmsal mühitin inkişafına və gənclərin IT sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)


