Li Auto - nun qlobal rəhbərliyindən sərt qərar – Rəsmi olmayan avtomobillər tamamilə bloklanacaq, bütün funksiyalar dayandırılacaq!
Rəsmi satış mərkəzindən kənar əldə edilən bütün Li avtomobilləri dərhal bloklanacaq(®) Çinin ən sürətlə böyüyən avtomobil istehsalçılarından olan Li (Lixiang Auto) Azərbaycanda və digər ölkələrdə rəsmi xəbərdarlıq yayıb.
Çinin “Li Auto” brendinin Azərbaycanda rəsmi tərəfdaşı "Efendiler Auto" şirkətindən verilən məlumata görə, Şirkətin qlobal rəhbərliyi açıq şəkildə bəyan edib ki, boz bazar vasitəsilə ölkələrə gətirilən Li avtomobilləri sistemdən tamamilə bloklanacaq və bu avtomobillərdə heç bir funksiyadan istifadə mümkün olmayacaq.
Kingsley Guojian-dan sərt xəbərdarlıq
Lixiang Auto-nun region direktoru Kingsley Guojian məsələyə münasibət bildirərək çox sərt və qətiyyətli açıqlama verib:
“Biz birmənalı şəkildə bəyan edirik ki, rəsmi satış mərkəzindən kənar əldə edilən bütün Li avtomobilləri dərhal bloklanacaq. Bu bloklama nəticəsində avtomobilin multimedia sistemi, batareya idarəetməsi, ağıllı köməkçi funksiyaları, uzaqdan idarəetmə imkanları, proqram yenilənmələri və hətta bəzi əsas idarəetmə modulları tamamilə deaktiv ediləcək. Belə avtomobillər texniki baxımdan işlək vəziyyətdən çıxarılacaq. Başqa sözlə, istifadəçi minlərlə dollar xərcləyərək yalnız “bloklanmış kərpic” almış olacaq. Bu məsuliyyətin bütün ağırlığı isə yalnız alıcının üzərindədir.”
Kingsley Guojian əlavə edib ki, Li şirkəti müştərilərinin təhlükəsizliyini, uzunmüddətli istifadəsini və məmnuniyyətini hər şeydən üstün tutur. Onun sözlərinə görə, boz bazar vasitəsilə gətirilən avtomobillərin heç biri bu prinsiplərə cavab vermir və bu səbəbdən belə avtomobillərə nə servis xidməti, nə zəmanət, nə də proqram təminatı dəstəyi göstəriləcək.
Qərarın məqsədi
Şirkətin qlobal ofisindən verilən açıqlamaya görə, bu addımın əsas məqsədi – müştərilərə yalnız rəsmi dəstək, orijinal ehtiyat hissələri və təhlükəsizlik standartlarına uyğun avtomobillər təqdim etməkdir. Rəsmi satış kanalları vasitəsilə alınan hər bir Li avtomobili tam zəmanət, proqram yenilənmələri və peşəkar texniki dəstək ilə təmin edilir.
Qlobal rəhbərlik vurğulayır ki, boz bazar yalnız alıcıların aldadılması və təhlükə ilə üz-üzə qalması deməkdir. Gələcəkdə belə avtomobillərin ehtiyat hissələri təminatı və servis xidmətlərinə çıxışı da tamamilə qeyri-mümkün olacaq.
Mütəxəssislərdən xəbərdarlıq
Avtomobil ekspertləri bildirirlər ki, qeyri-rəsmi kanallar vasitəsilə avtomobil almaq, qısa müddətdə daha ucuz görünsə də, uzunmüddətli perspektivdə həm maliyyə, həm də təhlükəsizlik baxımından istifadəçiyə daha baha başa gələcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 38 d. əvvəl
-
- 46 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma







.jpg)




.jpg)


.jpg)









