"Dövlət satınalmalarında formal audit sənədləri ilə iştirak etmək cinayət işinin açılmasına səbəb ola bilər"
"Mühasiblər öz nöqsanlarının üzə çıxmaması üçün sahibkarı inandırırlar ki, 5-10 min manat verib audit yoxlaması aparmaqdansa, 1000-2000 manat verib, hazır rəy almaq daha yaxşıdır. Bu da onunla bağlıdır ki, Maliyyə Nazirliyinin hər bir hüquqi və fiziki şəxs üçün audit tələbi var. Bu tələbin icrasına sahibkarlar bir qayda olaraq məsuliyyətsiz yanaşırlar. Amma onlar başa düşmürlər ki, auditin mahiyyəti mühasibatlığın işini yoxlamaqdır. Nöqsanları üzə çıxardıb, sahibkarı gələcək təhlükədən sığortalamaqdır".
Marja.az xəbər verir ki, bunu İqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycanın fəxri auditoru Anar Bayramov müsahibəsində audit xidməti sahəsindəki problemlər barədə fikirlərini bölüşərkən bildirib.
Onun sözlərinə görə, mühasiblərin çoxu bu məsələdə sahibkarın düzgün addım atmasına əngəl yaradır və tanış “audit”dən hazır “rəy” alır: "Sonda isə bu “rəy” sahibkara ciddi problemlər yaradır. Bəzi hallarda sahibkar özü məsələyə səhlənkar yanaşır. Düşünür ki, “onsuz da vergi gəlib yoxlayacaq, kənarlaşmanı tapıb cərimə yazacaq. Onda niyə əlavə xərc çəkirəm?!”.
Anar Bayramov əlavə edib ki, tenderlərdə, dövlət satınalmalarında bu cür formal audit sənədləri ilə iştirak etmək cinayət işinin açılmasına qədər gedib çıxa bilər:
"Bu saxta sənəd təqdim etmək kimi qiymətləndirilir və dövlətə qarşı fırıldaqçılıq sayılır. Auditi aparılmamış bir şirkətin harasa “sənəd” təqdim etməsi dələduzluqdan başqa bir şey deyil. Belə hallar təkcə şirkətin tenderdən uzaqlaşdırılması ilə bitmir. Bu cinayət işinin açılmasına qədər gedib çıxır. Ona görə də bu məsələdə sahibkarlar daha diqqətli olmalıdırlar. Onlar anlamalıdırlar ki, saxta audit rəyi ilə tenderə girmək onlara hüquqi məsuliyyət yaradır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
32 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
46 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib




















