"Embafinans"ın istiqrazlarına 1 investor maraq göstərdi, tələblərə cavab vermədiyindən listinqə alınmadı
23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Embafinans" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2015020608 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 31.07.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
Əlavə edək ki, Bakı Fond Birjasının yeni qaydalarına görə, kütləvi təkliflər 50 və daha çox investor arasında bölüşdürülməlidir. BOKT "Embafinans" QSC-nin istiqrazlarına isə cəmi 1 investor 1 sifariş təqdim edib.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: BOKT "Embafinans" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2015020608
İstiqrazların növü və forması: İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı: 2000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 AZN
İstiqrazların buraxılış həcmi: 2 000 000 AZN
İllik gəlirlilik faizi: 13%
Hərrac qiyməti: 1000 AZN
İstiqrazların reallaşdırılmış həcmi: 2 000 000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 2 000 000 AZN
İnvestor sayı: 1
Sifariş sayı: 1
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 12 ay
Anderrayter: “ABB-İnvest İnvestisiya Şirkəti” QSC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur













.jpg)









.jpg)
