Azərbaycan Türkiyəyə qaz nəqlini 2 %-ə yaxın artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 4 milyard 772,06 milyon kubmetr təbii qaz ixrac edilib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 1,9 % çoxdur.
Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 4 milyard 598,41 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 173,65 milyon kubmetr isə spot əsasında tədarük edilib.
Bu ilin may ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 56,99 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,8 % çoxdur. Bu dövrdə 989,06 milyon kubmetr qaz uzunmüddətli əsasda ixrac təşkil edib, 67,93 milyon kubmetr isə spot mexanizmi üzrə olub.
Bununla da may Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 29,8 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib.
Təkcə may ayında Türkiyə ümumilikdə 3 milyard 539,11 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 22,79 % çoxdur.
Mayda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 1 milyard 192,55 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 62,38 % azdır.
Mayda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 791,74 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 33,4 % artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
© “Report”
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
17 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 22 d. əvvəl
-
-
28 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
33 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb







.jpg)










.jpg)







