Gələcəyin hüquqşunasları bu gün yetişir - FOTOLAR
Bu təşəbbüs ölkədə hüquq təhsilinə marağın artmasına və gənc nəslin hüquqi şüurunun formalaşmasına töhfə verirAzərbaycanda məktəblilər arasında ilk dəfə “Moot Court” formatında hüquq simulyasiyası təşkil olunub.
Hüquq sahəsinə marağı olan gənclərin və məktəblilərin bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə Azərbaycanda ilk dəfə keçirilən bu yarışma unikal bir təcrübə imkanı yaradıb. Yarışma tamamilə könüllülük prinsipi əsasında və qeyri-kommersiya məqsədilə təşkil olunub.
Əsas məqsəd – məktəblilərə hüquqi proseslərin mahiyyətini praktiki şəkildə öyrətmək, onların tənqidi düşüncə, məntiqi arqumentasiya qurmaq, sübut təqdim etmək və ictimai çıxış bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, bu təşəbbüs ölkədə hüquq təhsilinə marağın artmasına və gənc nəslin hüquqi şüurunun formalaşmasına töhfə verir.
Pilot layihə olaraq Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri arasında baş tutan yarışmanın yarımfinal mərhələsi 10 iyun 2025-ci il tarixində keçirilib. Yarımfinal mərhələsində Akademik Zərifə Əliyeva adına liseyin müxtəlif siniflərindən seçilmiş komandalar iştirak ediblər. Hər komandada 3 nəfər şagird yer alıb. İştirakçılar öncədən hazırlanmış hüquqi keyslər əsasında ittihamçı və müdafiəçi rollarında çıxış ediblər. Finala vəsiqə qazanan şagirdlər iddia və cavabdeh arqumentlərini təqdim etmək, hakim qarşısında çıxış bacarığı və digər meyarlar əsasında qiymətləndirilərək seçilib.
Gərgin mübarizənin ardından 6 iştirakçı finala vəsiqə qazanıb. Onlardan 3-ü “İttihamçı”, digərləri isə “Cavabdeh” qismində çıxış ediblər. Finalın sonunda isə 3 nəfərlik komanda yarışmanın qalibi olub. Qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Əlavə olaraq, “Ən güclü oralist”, “Ən xarizmatik hüquqşünas” və digər nominasiyalar üzrə də fərqlənən iştirakçılar xüsusi mükafatlara layiq görülüb. Yarışmanın seçim mərhələsi hüquq sahəsində peşəkar ekspertlər tərəfindən həyata keçirilib. Münsiflər heyətində “İmprotex” şirkətlər qrupunun hüquq departamentinin direktoru və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Rahib İsmayılov, Qarabağ Futbol Klubunun hüquqi meneceri və Vəkillər Kollegiyasının üzvü Rəşid Səfərov, eləcə də layihənin ideya müəllifi və rəhbəri Nəcəf Məmmədov yer almışdır.
Layihənin rəhbəri və təşkilatçısı Nəcəf Məmmədovun sözlərinə görə, bu yarışmanın gələcəkdə daha geniş miqyasda – müxtəlif məktəblərin iştirakı ilə – keçirilməsi planlaşdırılır. Hüquq sahəsində bu formatın tətbiqi həm təşkilati, həm də metodoloji baxımdan ölkədə innovativ bir addım hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 4 d. əvvəl
-
10 d. əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
-
16 d. əvvəl
İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
- 18 d. əvvəl
- 48 d. əvvəl
-
15 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
Bakı–Bratislava–Bakı aviareysi gələn ildən açılacaq
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi














.jpg)



