Azərbaycanın bank sektorunda dördüncü nəsil kibertəhlükə riskləri arta bilər
Azərbaycanın bank sektorunda dördüncü nəsil kibertəhlükələrə qarşı texnologiyalar hələ geniş tətbiq olunmasa da, yaxın illərdə bu sahədə risklərin artacağı gözlənilir.
Bunu “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) anti-fraud analitik komandasının rəhbəri Araz Həsənzadə Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl bank mobil tətbiqindən istifadə üçün bankomata yaxınlaşıb qəbz götürmək və qeydiyyat mərhələlərini keçmək lazım gəlirdisə, bu gün insanlar artıq banka getmədən hesab aça, kredit götürə, depozit yerləşdirə və digər xidmətlərdən yararlana bilirlər: “Bu inkişaflarla paralel olaraq yeni növ risklər meydana çıxır. Bu risklər həm banklar, həm də müştərilər üçün ciddi təhlükə yaradır. Artıq dələduzluqlar təkcə kart oğurluğu və ATM-lərə quraşdırılan fiziki qurğularla məhdudlaşmır. Yeni dövrdə daha mürəkkəb və ağıllı ssenarilər tətbiq olunur”.
O qeyd edib ki, əvvəlki illərdə kart məlumatlarını oğurlamaq üçün bankomatlara fiziki qurğular yerləşdirilirdi: “Bu üsullar həm maliyyə baxımından daha baha başa gəlirdi, həm də bankların operativ müdaxiləsi nəticəsində belə halların sayı azalıb. Hazırda diqqət "account takeover" yəni istifadəçi hesablarının ələ keçirilməsi, şəxsiyyət oğurluğu, "deepfake" və "advanced scam" hallarına yönəlib”.
A.Həsənli qeyd edib ki, bu hallar hələ Azərbaycanda geniş yayılmayıb, lakin yaxın gələcəkdə artacağı ehtimal edilir: “Dələduzlar özlərini bank və ya polis əməkdaşı kimi təqdim edərək vətəndaşları aldatmağa çalışırlar. Əvvəllər bu proseslər bir kanal üzərindən həyata keçirilirdisə, indi isə müştərinin mobil bankçılıq, kart əməliyyatları və internet bankçılıq kimi müxtəlif platformalarda etdiyi əməliyyatlar birgə təhlil olunmalıdır”.
Onun sözlərinə görə, əvvəl 500 əməliyyatdan sonra bloklama kimi sadə yanaşmalar kifayət edirdisə, hazırda banklar müştəri davranışına əsaslanan daha kompleks modellərə keçiblər: “Bank tətbiqlərində istifadəçinin gündəlik davranışları səhər saatlarında yoxlamalar, müəyyən məbləğdə xərcləmələr və s. analiz olunur. Davranışdan kənara çıxan hallar zamanı avtomatik tədbir görülür”.
A.Həsənli əlavə edib ki, süni intellektin bu proseslərdə rolu getdikcə artır: “Hazırda süni intellekt dələduzluqların təxminən 0,01 %-nin qarşısını alır. Bu isə ay ərzində 100-200 hadisənin aşkar olunmasına imkan yaradır. Biz daha çox müştəri davranışına əsaslanan modellər tətbiq edirik”.
O bildirib ki, əgər müştəri əvvəllər alış-veriş etmədiyi ticarət nöqtəsindən, fərqli IP-dən və ya yeni cihazdan yüksək məbləğdə əməliyyat etmək istədikdə, sistem həmin əməliyyatı təhlil edir və ehtiyac olduqda təsdiqləmə, kartın bloklanması və ya hesabın məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilir.
A.Həsənli vurğulayıb ki, dördüncü nəsil kibertəhlükəsizlik texnologiyaları hələ Azərbaycanda tətbiq edilmir: “Bu texnologiyaları əsasən Avropa ölkələrində müşahidə edirik. Məsələn, bəzi platformalarda pasportun həqiqiliyini və əvvəl istifadə olunub-olunmadığını müəyyən edən sistemlər mövcuddur. Bu səviyyədə yoxlamalar bizdə hələ həyata keçirilmir”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
2 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı











.jpg)








