Valentino, Chloé, YSL, Balenciaga brendləri azərbaycanlı memar Rafael Abbasova etibar edirlər - Nüfuzlu Forbes jurnalı yazır
2023-cü ildə azərbaycanlı memar Rafael Abbasov italyan Fernando Mosca ilə “Fernando & Rafael Architecture and Design” şirkətini qurublar. Onlar Milanda və Bakıda müxtəlif layihələr icra etməkdədirlər.
Rafael Abbasovun Fernando Mosca ilə birgə biznesi, dizayn həlləri və yaratdıqları məkanlar dünya mediasının da diqqətini cəlb edir. Marja.az xəbər verir ki, bu günlərdə “Forbes” jurnalı da bu ikilinin fəaliyyəti haqqında geniş məqslə dərc edib.
Məqalədə Rafael Abbasovun və Fernando Mosca-nın həyat yolları haqqında qısa məlumat verilib, onların dəyərlərinin üst-üstə düşdüyü qeyd edilib. Vurğulanıb ki, Avropa dizayn dairələrində əfsanə olan Fernando Mosca incəlik, təmkin və inqilabi düşüncə tərzini təmsil edir. Rafael Abbasovun isə yaradıcı bir memar olduğu vurğulanıb, onun işlərində Şərqin və Qafqazın cizgilərinin aydın seçildiyi qeyd edilib. Hər iki memarın ortaq layihəsi olan “Fernando & Rafael” şirkəti Şərqlə Qərbin çalarlarını, zəriflik ilə yenilikləri təcəsüm etdirir. Bu səbəbdən onların gördüyü işlərə böyük maraq var.
Beynəlxalq nüfuzlu “Forbes” jurnalı qeyd edib ki, “Valentino, “Chloé”, “Yves Saint Laurent (YSL)”, "Balenciaga" kimi dünyanın aparıcı brendləri “Fernando & Rafael” memarlıq studiyasına etibar edir. Bu uğurun və etibarın arxasında duranlardan biri də azərbaycanlı memar, studiyanın təsisçilərindən olan Rafael Abbasovdur.
“Forbes” jurnalının üz qabığında yer alan memarlıq dueti, qlobal miqyasda həyata keçirdikləri lüks layihələrlə və aparıcı markalarla əməkdaşlıqları ilə diqqət çəkir. Məqalədə studiyanın dizayn fəlsəfəsi, brendlərə uyğun fərdi yanaşması və memarlıqda innovativ həlləri yüksək qiymətləndirilir.
““Valentino” üçün zəriflik, “Chloé” üçün incəlik, YSL üçün güc və sadəlik — bütün bu tələbləri qarşılayan dizayn konseptlərinin müəllifləri Fernando & Rafael studiyasıdır”, - məqalədə vurğulanıb.
Məqalə ilə daha ətraflı bu linkdə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
15 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
54 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















