“Norm” ASC “Best Managed Companies Azerbaijan 2025” müsabiqəsinin qalibi olub
Delotte tərəfindən təşkil olunan və Azərbaycanın mükəmməl idarə olunan şirkətlərinin seçildiyi “Best Managed Companies of Azerbaijan 2025” müsabiqəsinin qalibləri açıqlanıb.
5 iyunda baş tutan rəsmi təltifetmə mərasimində “Norm” ASC də qaliblər sırasında yer alıb.
Şirkətin strateji idarəetməsi, maliyyə dayanıqlığı, insan resurslarının davamlı inkişafı və korporativ sosial məsuliyyət sahəsində həyata keçirdiyi qabaqcıl təşəbbüslər onun bu nüfuzlu mükafata layiq görülməsində həlledici rol oynayıb.
Qeyd edək ki, bu, “Norm” ASC-nin sözügedən müsabiqədə ikinci qələbəsidir. Şirkət “Ən yaxşı idarə olunan şirkət” statusunu ilk dəfə 2023-cü ildə, müsabiqəyə ilk dəfə qoşulduğu zaman əldə edib. 2025-ci ildə müsabiqəyə ikinci dəfə qoşulan şirkət, bu uğuru təkrarlamaqla, yüksək idarəetmə keyfiyyətinin davamlı olduğunu təsdiqləyib.
Qlobal miqyasda tətbiq edilən “Best managed companies” müsabiqəsi 30 ildən artıqdır ki, 46 ölkədə tətbiq olunur. Müsabiqənin qiymətləndirmə meyarları strategiya, insan kapitalı, sosial öhdəlik və maliyyə nəticələri üzərindən formalaşdırılır və iştirakçı şirkətlərin fəaliyyəti müstəqil münsiflər heyəti tərəfindən təhlil edilir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
15 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
-
40 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
54 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı





















