Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Avropa Mərkəzi Bankının (ECB) cümə axşamı günü faiz dərəcəsi ilə bağlı qərarı ərəfəsində beynəlxalq birjalarda avro dollar və funt sterlinq qarşısında bir qədər bahalaşıb.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.13570 səviyyəsindən 1.14340 səviyyəsinədək bahalaşıb. Eyni zaman ərzində EUR/GBP cütlüyü 0.84030 həddindən 0.84310 həddinə qədər yüksəlib. Qızılın qiyməti isə 3344$-dan 3384$-a qədər bahalaşıb, lakin, bu gün səhər saatlarında dəyərli metal bir qədər geriləyərək 3368$ səviyyəsində ticarət olunur.
ABŞ-da iqtisadi aktivlik yazın sonlarında bir qədər zəifləyib – bu hal, Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən çərşənbə günü dərc olunan regional icmalda ("Bej Kitab") qeyd olunub. On iki rayondan altısı əvvəlki dövrlə müqayisədə iqtisadi aktivliyin az da olsa və ya mülayim şəkildə zəiflədiyini bildirib. Üç rayon heç bir dəyişiklik olmadığını, digər üçü isə cüzi artım müşahidə olunduğunu qeyd edib.
ABŞ Prezidenti Donald Tramp ADP tərəfindən açıqlanan məlumatlara sərt reaksiya verib və FED sədri Cerom Pauelldən bir daha təcili olaraq uçot faiz dərəcəsinin endirilməsini tələb edib. “Çox Gecdir. Pauell dərhal faiz dərəcəsini endirməlidir. O, dözülməzdir!” – deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Qeyd etmək lazımdır ki, "Automatic Data Processing" (ADP) şirkətinin yaydığı hesabatına əsasən, may ayında ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı, mövsümi düzəlişlər nəzərə alınmaqla, 37 min artıb. Analitiklər göstəricinin 111 min artacağını proqnozlaşdırmışdılar. Həmçinin, ölkənin Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) “S&P Global”-ın verdiyi məlumata əsasən, 50.8 bənd səviyyəsindən 53.7 bənd səviyyəsinədək yüksəlib. ABŞ-ın Təchizat İdarəetmə İnstitutu (ISM) tərəfindən dərc olunan məlumatda isə xidmət sektorunda PMI-ın 51.6 bənddən 49.9 bəndədək gerilədiyini görürük.
Bundan əlavə, dünən Kanada Bankı (BoC) faiz dərəcəsini 2.75% səviyyəsində saxladı. Avrozonanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) aprel ayı ilə müqayisədə may ayında 50.1 bənd səviyyəsindən 49.7 bənd səviyyəsinə qədər geriləyib. Almaniyanın xidmət sektorunda aktivlik indeksi 49.0 bənddən 47.1 bəndədək geriləyib. Böyük Britaniyada isə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksinin 49.0 bənd səviyyəsindən 50.2 bənd səviyyəsinə qədər artacağı proqnoz olunsa da, göstərici 50.9 bəndədək artım göstərib.
Bu gün ECB-nin faiz qərarından əlavə ABŞ-da açıqlanacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, İdxal və İxrac göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdəndir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 19 d. əvvəl
- 22 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb

























