“Norm” ASC “Üfüq” Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı razılaşma imzalayıb
Energetika Nazirliyinin Cəbrayıl rayonunda 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsinə dair İnvestisiya Sazişi çərçivəsində Enerso Cəbrayıl şirkəti tərəfindən bir sıra razılaşmalar imzalanıb.
Bakı Enerji Həftəsində, 2 iyun tarixində əldə olunan razılaşmalardan biri - Balanslaşdırma Müqaviləsi “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev, “Norm” ASC-nin Maliyyə və Strategiya üzrə Baş icraçı direktor müavini Elvin Mirzəyev və Enerso Cəbrayıl MMC-nin direktoru Eldar Məmmədzadə tərəfindən imzalanıb. Belə ki, “Norm” ASC günəş enerjinin alıcısı qismində çıxış edəcək və bu da şirkətin dekarbonizasiya hədəfləri çərçivəsində yaşıl enerjiyə keçidini sürətləndirəcək.
“Bu razılaşmaya qoşulmaq, Norm olaraq, COP29-da ictimaiyyətə elan olunan 2050-cı il xalis sıfır karbon emissiyası hədəflərinin reallaşdırılmasına doğru tərəfimizdən atılan mühüm addımdır. Belə ki, Azərbaycan Sement İstehsalçıları Assosiyasiyasının üzvü kimi, 2050-ci il Xalis Sıfır Yol Xəritəsinə uyğun olaraq, atacağımız addımlardan biri alternativ enerjidən istifadə ilə sənayenin dekarbonizasiyasına töhfə verməkdir” deyə, Elvin Mirzəyev qeyd edib.
50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyasında hər il təxminən 110 milyon kilovatt-saat ekoloji təmiz elektrik enerjisinin istehsal ediləcəyi gözlənilir.
“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)


