Şirkət adındakı Abşeron sözündən imtina etdi
"Kristal Abşeron" rebrendinq etdi! . Tikinti sektorunun aparıcı şirkətlərindən olan "Kristal" brendini yeniləyir!Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Abşeron" 31 may tarixində "Gülüstan" sarayında keçirilən rebrendinq tədbirində yeni loqotipini və brend kimliyini ictimaiyyətə təqdim edərək fəaliyyətini artıq "Kristal" adı ilə davam etdirdiyini elan edib.
Şirkətin yeni brendinq və kommunikasiya strategiyası artıq daha aydın, daha peşəkar və hər şeydən öncə daha insanmərkəzli olacaq.
Tədbirin açılış nitqini "Kristal"ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev səsləndirib. O, çıxışında şirkətin 22 illik fəaliyyəti dövründə əsaslandığı dəyərlərdən, həmçinin rebrendinq prosesinin şirkətin mövcud dəyərlərini qorumaq və onları daha çağdaş yanaşmalarla, yeni baxış bucaqları ilə zənginləşdirmək məqsədi daşıdığından bəhs edib.
Rebrendinq çərçivəsində kristalabsheron.az saytı kristal.az saytı ilə əvəzlənib. İnsanmərkəzli yanaşmadan yola çıxaraq, yeni saytda bütün məlumatlar istifadəçilər üçün daha aydın və daha əlçatandır.
"Kristal"ın ən önəmli yeniliklərindən biri isə əmlak sektorunda bir ilk olacaq mobil tətbiqidir. Bu smart tətbiq 30-dan çox funksiya ilə sakinlərin həyat komfortuna xidmət edəcək.
Tikinti sektorunda etibarlılıq, dürüstlük və keyfiyyət prinsiplərinə əsaslanan "Kristal" bu gün yenilənmiş imici ilə həmin dəyərlərə sadiq qalaraq yoluna davam edir.
Rebrendinq tədbirində "Kristal"ın kollektivi, dövlət qurumları və özəl sektor nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsi musiqili konsert proqramı ilə davam edib.
Ətraflı: *1544
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 d. əvvəl
-
6 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
14 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 32 d. əvvəl
- 40 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı







.jpg)









.jpg)





