Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-da dərc olunan məlumatlarda ÜDM-in zəifləməsi və işsizlik müavinəti almaq üçün müraciət edənlərin artması xəbərləri fonunda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı, qızıl isə bahalaşdı.
Ümumilikdə, EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.12100 səviyyəsindən 1.13840 səviyyəsinədək yüksəlib. Bu gün isə səhər saatlarında məzənnə 1.13890 həddini test etdikdən sonra 1.13430 həddinə qədər geriləyib. EUR/GBP cütlüyü cümə axşamı günü ilk öncə 0.83560 səviyyəsini aşağıya doğru qırıb, sonra isə 0.84310 səviyyəsinə qədər artım sərgiləyib.
Qızılın qiyməti, dolların ucuzlaşması ilə, 3245$-dan 3330$-a qədər yüksəlib. “Brent “ markalı neft gün ərzində 2$-dan çox dəyər itirərək 65.35$-dan 63.00$-a kimi geriləyib. “Bitcoin” isə beynəlxalq birjalarda 112000$ həddinin üzərinə qalxdıqdan sonra, dəyər itirməyə davam edir. Kriptovalyuta 106200$ həddində ticarət olunur.
ABŞ-ın Ticarət Nazirliyinin verdiyi məlumata əsasən, 2025-ci ilin birinci rübündə ölkənin iqtisadiyyatı illik hesabla 0.2% zəifləyib. Analitiklər göstəricinin -0.3% səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin dördüncü rübündə ÜDM 2.4% artım nümayiş etdirmişdi. Dövlət xərcləri 4.6% azalıb və bu, 2022-ci ilin birinci rübündən bəri ən böyük azalmadır. Core PCE indeksi (ərzaq və enerji qiymətləri nəzərə alınmadan) isə 3.4% artıb (əvvəlki rübdə – 2.6%).
Həmçinin, ötən həftə ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı 14 min artaraq 240 minə çatıb. Yenilənmiş məlumatlara əsasən, əvvəlki həftədə müraciətlərin sayı 227 min deyil, 226 min olub. Müraciətlərin dörd həftəlik ortalama sayı isə 231 mindən 230.75 minə kimi enib. Amerikalı qrafik prosessor istehsalçısı “Nvidia Corp.”, 2025-cı maliyyə ilinin birinci rübündə xalis mənfəətini və gəlirini artırıb. Düzəldilmiş mənfəət və gəlir bazar proqnozlarını üstələyib. Şirkətin rüblük gəliri 44.06 milyard dollara qədər artıb, hər səhmə düşən düzəldilmiş mənfəət isə 0.96$ təşkil edib.
Bu gün açıqlanan statistik məlumatlara əsasən, Yaponiyada aprel ayında Sənaye Sektorunda İstehsal Həcmi 0.9% azalıb. Ekspertlər göstəricinin daha çox, 1.4% səviyyəsində zəifləyəcəyini ehtimal edirdilər. Avstraliyada isə Pərakəndə Satış Dövriyyəsinin Həcmi 0.1% azalıb.
Cümə günü Bakı vaxtı ilə saat 16:00-da Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, ABŞ-da açıqlanacaq əhalinin xərcləri ilə bağlı göstəricilər, Türkiyədə və Kanadada dərc olunacaq ÜDM və Almaniyada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-Az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 19 d. əvvəl
- 22 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
14 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
17 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb

























