22 mayda “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək
Bakı Mühəndislik Universitetində “CareerFest BEU 2025” – Gənclər üçün Karyera və İnkişaf Platforması. 8000-dən artıq tələbə və məzunun iştirakı nəzərdə tutulur. Onlara təcrübə və iş imkanları təqdim olunacaq.22 may 2025-ci il tarixində Bakı Mühəndislik Universitetinin universitet şəhərciyində “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək.
Festival "Veysəloğlu" Şirkətlər Qrupunun baş sponsorluğu ilə Bakı Mühəndislik Universiteti (BMU) və "HBN Group" MMC-nin birgə təşkilatçılığı ilə baş tutuacaq.
Açıq hava formatında baş tutacaq bu irimiqyaslı tədbirdə 100-dən artıq aparıcı müəssisə və təşkilatın, eləcə də 8000-dən artıq tələbə və məzunun iştirakı nəzərdə tutulur. Festival çərçivəsində iştirakçılara müxtəlif sahələr üzrə təcrübə və iş imkanları təqdim olunacaq, karyera planlaması üzrə görüşlər, HR mütəxəssislərlə interaktiv sessiyalar keçiriləcək.
“CareerFest BEU 2025” eyni zamanda əyləncəli proqramlar, interaktiv oyunlar, viktorinalar və canlı musiqi ilə müşayiət olunaraq iştirakçılar üçün həm maarifləndirici, həm də əyləncəli bir platforma yaradacaq.
Tədbirdə yalnız Bakı Mühəndislik Universitetinin deyil, Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbə və məzunları iştirak edə bilərlər. “CareerFest BEU 2025” həmçinin təcrübə və iş axtarışında olan bütün gənclər üçün açıq olacaq.
İştirak üçün qeydiyyat linki: https://careerfest.az/istirak-et
Əlaqə:
BAŞ SPONSOR HAQQINDA MƏLUMAT
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən aparıcı şirkətlər qruplarından biridir. Qrupa gündəlik tələbat məhsulları sektorunda ixtisaslaşan və çoxşaxəli fəaliyyət göstərən bir sıra şirkətlər daxildir.
Şirkətlər Qrupu dünyanın tanınmış markalarının məhsullarının ölkə üzrə distribusiyasını həyata keçirməklə yanaşı, istehsalat, pərakəndə satış, logistika və dağıtım sahələrində artıq 30 ildən çoxdur ki, uğurla fəaliyyət göstərir.
Eyni zamanda, Veysəloğlu Şirkətlər Qrupu ölkənin ən böyük işəgötürənlərindən biri olmaqla, peşəkar insan kapitalının formalaşdırılmasına, gənc mütəxəssislərin inkişafına və əmək bazarına uğurlu inteqrasiyasına mühüm töhfə verir.
“CareerFest BEU 2025” tədbirinə baş sponsor qismində verdiyi dəstəyə görə Veysəloğlu Şirkətlər Qrupuna təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
11 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)





.jpg)

