EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iqtisadi artımını 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə Bankın “Regional iqtisadi perspektivlər” hesabatının may buraxılışında deyilir.
Proqnozlar fevral ayı təxminləri ilə eyni səviyyədə qalıb. Bu il də artımın əsas amilləri qeyri-neft sektorunun inkişafı və dövlət investisiyalarının davam etdirilməsi olaraq qalacaq. Bununla belə, bank iqtisadiyyatın neft və qaz qiymətlərindəki dəyişkənliyə, xarici tələbin azalmasına, ticarət siyasətindəki qeyri-müəyyənliyə və regional normallaşma proseslərində mümkün pozulmalara qarşı yüksək həssaslığını vurğulayır.
Hesabata əsasən, 2024-cü ildə qeyri-neft sektorlarının fəal inkişafı və irimiqyaslı dövlət investisiyaları sayəsində Azərbaycanın iqtisadi artımı sürətlənib. Real ÜDM 4,1 % artıb (2023-cü ildə 1,4 % idi). İqtisadiyyatın qeyri-neft sektorundakı artım isə 6,2 % təşkil edib (2023-cü ildə 3,7 % idi) ki, bu da tikinti, İKT, nəqliyyat və turizm sahələrində canlanma ilə bağlı olub.
EBRD-nin məlumatına görə, iqtisadi fəallıq əhalinin real gəlirlərinin artımı və infrastruktura irimiqyaslı investisiyalar hesabına dəstəklənib. 2024-cü ilin mart ayından etibarən Avropaya tədarük üçün qaz hasilatının artması fonunda neft-qaz sektoru da artımı bərpa edib.
“Lakin 2025-ci ilin birinci rübündə real ÜDM-in artım tempi illik ifadədə 0,3 %-ə qədər azalıb (bir il əvvəl 4 % idi). Bu da qeyri-neft sektorunun davamlı artımına baxmayaraq, neft və qaz hasilatının azalması ilə əlaqədardır.
Bu dövrdə inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf dəhlizi daxilində (4% ±2%) qalıb. 2024-cü ilin aprelində illik inflyasiya son 9 ilin ən aşağı səviyyəsinə - 0 %-ə düşüb. 2025-ci ilin mart ayında o, əsasən ərzaq məhsullarının və xidmətlərin bahalaşması səbəbindən 5,9 %-ə qədər sürətlənib”, - EBRD-dən bildirilib.
AMB 2023-cü ilin sonunda inflyasiya təzyiqlərinin azalmasına cavab olaraq əsas uçot dərəcəsini 175 baza bəndi azaldaraq 2023-cü ilin noyabrındakı 9 %-dən 2024-cü ilin mayında 7,25 %-ə endirib və onu bu səviyyədə qoruyub saxlayıb. Kreditləşmənin sürətli artımı fonunda (2024-cü ildə 20 %-dən çox) AMB 2025-ci ilin martında qüvvəyə minən 0,5 %-lik kontrtsiklik kapital buferini tətbiq edib.
Ümumilikdə Şərqi Avropa və Qafqaz regionunda dolayı ticarətin və Cənubi Qafqaz iqtisadiyyatlarına əmək və kapital axınının təsiri zəifləməyə başladığı üçün iqtisadi artım 2023-cü ildəki 4,5 %-dən 2024-cü ildə 3,9 %-ə qədər azalıb. Artımın 2025-ci ildə 3,5 %-ə (fevral proqnozundan 0,1 faiz bəndi aşağı) qədər yavaşlaycağı, 2026-cı ildə isə yenidən 4,3 %-ə (dəyişmədən) qədər artacağı gözlənilir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2025-ci ildə ÜDM-in artımı 3,7 %, 2026-cı ildə isə 3,2 % səviyyəsində gözlənilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları isə müxtəlifdir. “S&P Global” illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody's” isə illik 2,5 % artım gözləyir.
Beynəlxalq Valyuta Fondu iqtisadi artımın 2025 və 2026-cı illərdə müvafiq olaraq 3,5 % və 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı isə iqtisadi artımın 2025-ci ildə 2,6 % və 2026-cı ildə isə 2,4 % olacağını gözləyir. Asiya İnkişaf Bankı müvafiq olaraq 3,4 % və 3,3 %, Niderlandın “ING Group”u isə ÜDM-in 2025-ci ildə 2 % və 2026-cı ildə isə 2,5 % artacağını gözləyir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 39 d. əvvəl
- 16 saat əvvəl
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti

























