Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin dərc olunması ərəfəsində dollar major valyutalar qarşısında bir qədər geriləyib. EURUSD cütlüyü ötən gün 1.12660 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra, bugün səhər saatlarında 1.13150 səviyyəsinə qədər bahalaşıb. Eyni dövr ərzində GBPUSD cütlüyü 1.32600 həddindən 1.33190 həddinə qədər artım göstərib. Qızıl isə itirdiyi mövqelərinin bir qismini bərpa edə bilib. Dəyərli metal 3200$-dan 3258$-a qədər bahalaşıb.
ABŞ-ın Təchizatların İdarə Edilməsi İnstitutunun (ISM) açıqlamasına əsasən, ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (ISM Manufacturing) 2025-ci ilin aprel ayında 48.7 bəndə enib və mart ayında qeydə alınmış 49 bəndlik göstəricinin altında qalıb. Analitiklər göstəricinin daha da azalaraq 48 bəndə qədər zəifləyəcəyini proqnozlaşdırmışdılar. Həmçinin, ötən həftə ərzində işsizlik müavinəti üçün müraciət edənlərin sayı 18 min nəfər artaraq 241 minə çatıb. Yenilənmiş məlumatlara əsasən, bir əvvəlki həftədə bu göstərici əvvəl qeyd olunduğu 222 min deyil, 223 min olub.
Əlavə olaraq, Amerika birja indeksləri cümə axşamı günü yüksəlib — buna böyük şirkətlərin müsbət rüblük hesabatları səbəb olub. “Microsoft Corp.” şirkətinin səhmlərinin qiyməti 7.6% artıb. Şirkət 2025-ci maliyyə ilinin üçüncü rübü üzrə (yanvar-mart dövrü) bir səhmə düşən xalis mənfəətini 3.46$ səviyyəsində açıqlayıb.
Bazar iştirakçıları bugün açıqlanacaq NFP xəbərini diqqətlə izləyəcəklər. Analitiklər aprel ayında 138 min yeni iş yerinin yaradıldığını proqnoz edirlər. Həmçinin, bugün Almaniyada Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI), Avrozonada İstehlak Qiymətləri İndeksi, İşsizlik Səviyyəsi və sənaye sektorunda PMI, ABŞ-da isə Orta Saatlıq Əmək Haqqı, İşsizlik Səviyyəsi və Sənaye Sektorunda Sifarişlərin Həcmi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti



























