Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
(®) Sahibkarların müxtəlif resurslara çıxışını dəstəkləyən, onlara sürətli və sərfəli maliyyə həlləri təqdim edən Birbank Biznes, bu dəfə regionda yaşayan sahibkarlara dəstək olacaq. Belə ki, Sahibkarlar Günü münasibətilə 26 aprel tarixində Gəncə şəhərində satış yarmarkası təşkil ediləcək.
Tədbirdə Birbank Biznes mobil tətbiqindən qeydiyyatdan keçən, aktiv olan, eləcə də Gəncə və ətraf regionlarda fəaliyyət göstərən mikro sahibkarlar iştirak edə biləcəklər. Bütün şərtlərə uyğun olan sahibkarlardan təsadüfi yolla seçilənlər yarmarkada heç bir ödəniş etmədən iştirak şansı qazanacaqlar.
Qeyd edək ki, tədbir 26 aprel 2025-ci il tarixində saat 10:00-dan 22:00-a dək Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”-da baş tutacaq. Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün əyləncəli proqram təşkil ediləcək.
Birbank Biznes bu təşəbbüslə sahibkarların fəaliyyətini dəstəkləməyi və onların bizneslərinin tanıdılması, inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Layihə sahibkarların məhsullarını tanıtmaqla yanaşı, həm də onların iqtisadi inkişafını dəstəkləməyə və bir-birlərini tanıyıb yeni əlaqələr qurmalarına yönəlib. Həmçinin, yarmarka regionda müxtəlif biznes sahələrində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmələrini təmin edəcək, iqtisadi əlaqələrin genişlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün də zəmin yaradacaq.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




