Mərkəzi Bank: Əhalinin borc yükünün artımı müşahidə edilir
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.
Marja.az xəbər verir ki, hesabatda əhalinin borc yükü barədə məlumatlar da yer alıb.
Qeyd edilib ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır:
"Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. Belə ki əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.2 faiz bəndi artaraq 18% olmuşdur. Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15%-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır.
Əhalinin borc yükü= fiziki şəxslərin kredit təşkilatları (Bank, BOKT) qarşısında istehlak və ipoteka kreditlərinin qalıq məbləğinin cəmi.
QEYRİ-İŞLƏK KREDİT PORTFELİ ARTIB
Hesabatda bildirilri ki, istehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır: "2024-cü il ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 25% artaraq (50 milyon manat) 246 milyon manat olmuşdur. Buna baxmayaraq, ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərinin artım tempi də yüksək olduğundan, QİK (qeyri-işlək kreditlər) əmsalı cəmi 0.08 faiz bəndi artaraq 2.92%- ə yüksəlmişdir. Qeyd edək ki, istehlak kreditlərinin 54%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilmişdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
24 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





