Azərbaycanda "yaşıl" enerji istehsalı artıb - enerji göstəricilərini açıqlandı
Energetika Nazirliyi - 1-ci rüb enerji göstəricilərini açıqlayıb.
Nazirliyin yaydığı məlumatda qeyd edilib ki. 2025-ci ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, 3 ayda respublikada elektrik enerjisinin istehsalı 7 171,8 mln. kVt·st olub.
Bu müddət ərzində İES-lərdə 6 318,3 mln. kVt·st, SES-lərdə 669,6 mln. kVt·st, digər mənbələr üzrə isə 183,9 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 112,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 mln. kVt·st artım qeydə alınıb.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 385,0 mln. kVt·st (İES-lərdə 5 739,9 mln. kVt·st, SES-lərdə 645,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 mln. kVt·st (İES-lərdə 55,7 mln. kVt·st, SES-lərdə 21,7 mln. kVt·st, GES-də 13,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 mln. kVt·st, idxalı isə 35,7 mln. kVt·st olub.
Qeyd edək ki, 2025-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 319,1 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 mln. kVt·st, idxalı isə 16,1 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















