MİDA: Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin bir hissəsinin inşası yekunlaşmaq üzrədir
Hazırda Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşmaq üzrədir.
Bunu müsahibəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.
“4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir. “Azərbaycan” məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyənin səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaq”, - deyə o qeyd edib.
"2024-cü il sentyabrın 11-də “Azərbaycan” məhəlləsində MİDA-nin inşa etdiyi Heydər Əliyev adına ibtidai məktəbinin və uşaq bağçasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən nümayəndə heyətləri iştirak ediblər. Üçmərtəbəli müasir təhsil kompleksi 20 ibtidai sinif otağından və 3 uşaq bağçası otağından ibarətdir. Bundan əlavə, məktəbdə təhsilə dəstək məqsədilə xüsusi tədris və yaradıcılıq məkanları da yaradılıb. Buraya 1 emalatxana, 1 musiqi otağı, rəsm və əmək dərsləri üçün 2 emalatxana, eləcə də texnologiya, riyaziyyat və mühəndislik sahələrinə yönəlik 1 xüsusi emalatxana daxildir", - deyə sədr müavini əlavə edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
4 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
-
4 d. əvvəl
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Ən çox oxunanlar
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO










.jpg)










.jpg)
