"Bank Respublika"nın Müşahidə Şurasının sədri ABA-nı 35 illik yubileyi münasibəti ilə təbrik edib
Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35-ci ilini qeyd edir.
Bu münasibətlə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov öz təbriklərini çatdırıb:
Bu il Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illik yubileyini qeyd edir. Yarandığı gündən etibarən ABA ölkəmizin bank sektorunun inkişafına, əməkdaşlığın gücləndirilməsinə və müasir çağırışlara uyğunlaşmasına mühüm töhfələr vermişdir. Assosiasiya beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi ilə sektorun institusional gücünün artırılmasında fəal iştirak etmişdir.
Müasir dövrün tələblərinə cavab olaraq ABA rəqəmsal bankçılığın inkişafı, innovativ texnologiyaların tətbiqi və maliyyə həllərinin təkmilləşdirilməsi istiqamətində strateji addımlar atmışdır. Beynəlxalq maliyyə institutları və tərəfdaşlarla qurulan əməkdaşlıq bankların qlobal bazarlara inteqrasiyasına və beynəlxalq standartlara uyğunlaşmasına xidmət etmişdir.
Assosiasiyanın təşəbbüsü ilə keçirilən forumlar, seminarlar və təlimlər maliyyə sektorunun inkişafına, müştəri hüquqlarının qorunmasına və maliyyə savadlılığının artırılmasına dəstək olmuşdur.
Bank Respublika kollektivi və şəxsən öz adımdan Azərbaycan Banklar Assosiasiyasını bu əlamətdar yubiley münasibətilə təbrik edir, maliyyə sektorunun güclənməsi yolunda göstərdiyi uzunmüddətli və dəyərli fəaliyyətinə görə təşəkkür edirik.
Əminik ki, ABA gələcəkdə də innovasiya və rəqəmsallaşma sahəsində mühüm təşəbbüslərlə çıxış edərək maliyyə sisteminin dayanıqlılığının və rəqabətqabiliyyətinin gücləndirilməsində öz töhfələrini verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)





