Asiya İnkişaf Bankı Bakıda metronun genişləndirilməsi üçün texniki yardımı təsdiqlədi
Asiya İnkişaf Bankı (ADB) "Bakı Metropoliteni"nin genişləndirilməsi layihəsi çərçivəsində texniki yardım üçün 225 min ABŞ dollarınin ayrılmasını təsdiqləyib.
ADB-nin açıqladığı məlumata görə, maliyyələşdirmə xüsusi texniki yardım fondundan həyata keçiriləcək.
Vəsaitlər “Bakı Metropoliteni” QSC-nin aşağıdakı istiqamətlərdə dəstəklənməsinə yönəldiləcək:
- mövcud və hazırlanan layihə sənədlərinin təhlili:
- nəqliyyat sektorunda idarəetmə səmərəliliyinin artırılması üçün institusional dəyişikliklərə dəstək;
- infrastruktur layihələrinin həyata keçirilməsində potensialın gücləndirilməsi,
- ekoloji tələblər, satınalmalar və layihə fəaliyyətinin digər aspektləri sahəsində ADB standartları ilə bağlı biliklərin ötürülməsi.
Bu dəstəyin Bakıda metropolitenin müasir, səmərəli və tələblərə uyğun inkişafına töhfə verəcəyi gözlənilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
5 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı





















