Bir milyondan çox müştəri: Unicapital-ın yeni inkişaf mərhələsi – Baş direktor ilə müsahibə
"Biz Azərbaycan kapital bazarında ilk dəfə investorlara bank tətbiqi vasitəsilə yatırım imkanı təqdim etdik. Hal-hazırda şirkətimiz bu istiqamətdə öz fəaliyyətini genişləndirməkdədir və qeyd edilən yöndə strateji planlar hazırlamışdır".Müştəri sayının bir milyonu ötməsi sadəcə bir rəqəm deyil, bu, müştərilər tərəfindən göstərilən etimadın, peşəkar xidmətin və strateji baxışın sübutudur. Şirkətin bu uğura necə nail olduğu, müştəriləri hansı imkanların gözlədiyi barədə Unicapital-ın Baş direktoru Vüqar Namazovla danışdıq.
- Vüqar bəy, öncə, bu böyük nailiyyətlə sizi təbrik edirik. Müştəri etimadı istənilən şirkət üçün vacibdir, xüsusilə də investisiya sahəsində. Bu nəticəyə nail olmaq üçün hansı addımlar və qərarlar əsas rol oynadı?
- Təşəkkür edirəm. Artıq uzun müddətdir ki, Unicapital hər kəsə əlçatan və innovativ investisiya məhsullarını təqdim etməyi məqsədli şəkildə ön planda tutur. Şirkətimizin texnoloji inkişafı nəticəsində dünyanın 20-dən çox birjası ilə inteqrasiya layihələrini həyata keçirtdik. Həmçinin qeyd edim ki, 2024-cü ildə Unicapital, ölkəmizdə bir ilkə imza ataraq, Bakı Fond Birjası ilə inteqrasiyasını uğurla başa çatdırdı. Müştəri məmnuniyyətinin prioritet olduğunu düşünərək, şirkətimizin təqdim etdiyi investisiya tətbiqlərini daima inkişaf etdirib, istifadəçilərə daha rahat və çevik xidmət göstərməyi bacardıq. Bizi bazarda fərqləndirən də məhz bu yanaşmalardır.
- Son illər investisiya sektorunun qarşısında kifayət qədər böyük çağırışlar mövcud idi. Fikrinizcə, bu dəyişikliklər bazarın dinamikasına necə təsir etdi?
- Son illərdə bazar şəraitində baş verən dəyişikliklər və makroiqtisadi dalğalanmalar investor davranışlarında əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur. Bu isə investisiya sahəsində yenilikçi yanaşmaların tətbiqini zəruri etmişdir. Unicapital olaraq, biz Azərbaycan kapital bazarında ilk dəfə investorlara bank tətbiqi vasitəsilə yatırım imkanı təqdim etdik. Hal-hazırda şirkətimiz bu istiqamətdə öz fəaliyyətini genişləndirməkdədir və qeyd edilən yöndə strateji planlar hazırlamışdır. Belə bir mühit, bazarda daha çevik, texnoloji cəhətdən qabaqcıl platformaların inkişafı üçün güclü təkan yaradır. 
- Bəs bu tendensiyalarla ayaqlaşmaq üçün Unicapital hazırda hansı transformasiyaları həyata keçirir?
- Biz texnoloji transformasiyanı strateji prioritetlərimizdən biri kimi müəyyən etmişik. Şirkət İT infrastrukturuna investisiya etməyə davam edərək sistemlərin etibarlılığını və dayanıqlığını artırır, “IaaS” (Investment as a Service) bazarında aktiv şəkildə genişlənərək tərəfdaşlarına innovativ həllər təqdim edir. Eyni zamanda, “KYC” və müştəri uyğunluğu prosedurlarını təkmilləşdirib tətbiq edərək, şirkətin daxili proseslərini effektiv şəkildə optimallaşdırırıq. Həyata keçirdiyimiz bu təşəbbüslər nəticəsində bazardakı mövqeyimizi daha da möhkəmləndirib, investorlara peşəkar və şəffaf xidmətlər təqdim etməyə davam edirik.
- Bir milyon müştəri – yalnız qürurverici bir məqam deyil, həm də yeni məsuliyyətdir. Yaxın gələcəkdə Unicapital-ın qarşısına qoyulan hədəflər nələrdir?
- Bəli, düzgün vurğuladınız, bu bizim üçün çox böyük bir məsuliyyətdir və bu uğurun davamlı inkişafa əsaslanması bizim üçün ən vacib məqamdır. Qarşıdakı dövrdə əsas hədəflərimizdən biri real sektorun maliyyə resurslarına çıxışını genişləndirmək və yerli korporativ qiymətli kağızlar bazarını daha da inkişaf etdirməkdir. Bununla yanaşı, maliyyə inklüzivliyini artıraraq daha çox insanın investisiya imkanlarından yararlanmasını təmin etmək niyyətindəyik. Bu məqsədlə, banklar, startaplar və fintex ekosistemi ilə əməkdaşlığı gücləndirərək, müştərilərimizə innovativ və çevik maliyyə həlləri təqdim etməyə davam edəcəyik. Eyni zamanda, “ESG” prinsiplərinə uyğun strategiyalar tətbiq edərək, dayanıqlı investisiya mühitinin formalaşdırılmasına töhfə vermək bizim əsas prioritetlərimizdən biridir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
4 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
5 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
5 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
5 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar















.jpg)


