Türkiyə Mərkəzi Bankı lirəni dəstəkləmək üçün 3 gündə 25 milyard dollar xərcləyib
Türkiyənin Mərkəzi Bankı milli valyutanı dəstəkləmək üçün 25 milyard dollar valyuta ehtiyatı satıb. Tənzimləyicinin valyuta ehtiyatları 32,4 milyard dollara düşüb.Valyuta müdaxilələri çərçivəsində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) martın 19-da 10 milyard dollar, martın 20-də isə daha 3 milyard dollar satıb. Valyutaya ən yüksək tələb 21 mart cümə günü müşahidə olunub və nəticədə əlavə olaraq 12 milyard dollar satılıb.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Bloomberg hesablamalarına görə, bazar şoku Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarını martın 19-dan 21-nə kimi 26,6 milyard dollar azaldaraq xalis ehtiyatlarını 23 Martda bitən həftəyə 32,4 milyard dollara düşməsinə səbəb olub. "Bloomberg Economics"in iqtisadçısı Selva Bahar Baziki yaxın gələcəkdə mərkəzi bankın müdaxilələrinin lehinə davam edəcəyinə inanır.
Türkiyədə xarici valyutaya tələbatın artması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Əkrəm İmamoğlunun martın 19-da həbsi fonunda başlayıb. Bunun ardınca ölkədə etirazlar baş verib və ilk gündə lirə əsas valyutalar qarşısında dəyərinin təxminən 12%-ni itirib. Nəticədə dolların məzənnəsi tarixdə ilk dəfə olaraq 41 lirəni keçib. Ertəsi gün məzənnə düzəldilib və bir dollar üçün 37-38 lirə səviyyəsində sabitləşib.
Mənbələr ötən həftəki satışlar zamanı dollara tələbatın 60%-nin xaricilərdən, 30%-nin türk korporasiyalarından və yalnız 10%-nin pərakəndə investorlardan gəldiyini bildirib.
Fatih Karahan bazarlardakı turbulentliyi müvəqqəti adlandırıb və investorları əmin edib ki, Mərkəzi Bank vəziyyəti sabitləşdirmək üçün bütün lazımi addımları atacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)









