Ziraat Bank Azərbaycan “Seyf qutuları” xidmətinin əhatə dairəsini genişləndirir
(®) Novruz bayramı yaxınlaşır və hər kəsin fikri həm sevinc dolu hazırlıqlarda, həm də qiymətli əşyalarının təhlükəsizliyindədir. Bayram günlərində müvəqqəti səfərlərdə və ya evdən uzaqda olarkən, əşyalarınızın qorunması çox önəmlidir. Ziraat Bank Azərbaycan, məhz bu ehtiyacları qarşılamaq üçün “Seyf qutuları” xidmətini təqdim edir. Müştərilər seyf qutuları xidmətindən istifadə edərək, qiymətli əşyalarını və sənədlərini qabaqcıl nəzarət sistemləri ilə təchiz edilmiş və 24/7 mühafizə edilən seyflərdə, tamamilə təhlükəsiz şəkildə saxlaya bilərlər.
“Seyf qutuları” xidməti Ziraat Bank Azərbaycanın Müştəri Xidmətləri Departamenti, Babək filialı, Sədərək filialı və yeni açılmış Naxçıvan filialında müştərilərə təqdim edilir. Seyf qutularının icarəsi üzrə tariflər, seyflərin icarə müddəti və ölçülərindən asılı olaraq dəyişir. Seyf qutularının icarə müddəti 1 aydan 12 ayadəkdir.
Bankın seyf qutuları xidməti ilə bağlı əlavə məlumatı, müştərilər Bankın rəsmi saytına keçid edərək əldə edə bilərlər: https://ziraatbank.az/az/ferdi-seyf-qutulari
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)



