Azərbaycan bankı beynəlxalq maliyyə fondundan 8 milyon dollar kredit cəlb edib
AccessBank, Azərbaycanda dayanıqlı sahibkarlıq mühitinin inkişafına sadiqliyini nümayiş etdirərək, son 10 ildə ilk dəfə BlueOrchard Beynəlxalq Maliyyə Fondundan 7 il müddətinə 8 milyon dollar məbləğində subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.
AccessBank-ln yaydığı məlumatda bildirilir ki, bu kredit bankın strateji inkişafında mühüm mərhələ olub.
Cəlb olunan vəsaitlər bizneslərin, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Azərbaycanın əsas iqtisadi bölgələrini əhatə edən geniş filial şəbəkəsi sayəsində AccessBank ölkənin müxtəlif regionlarında sahibkarları səmərəli şəkildə dəstəkləmək imkanına malik olacaq.
"BlueOrchard-dan subordinasiya olunmuş kreditin cəlb edilməsi AccessBank-ın maliyyə dayanıqlığının və beynəlxalq maliyyə institutları arasında yüksək etimadın təsdiqidir. Bu, həmçinin bankımızın kapitalı səmərəli şəkildə cəlb etmə və Azərbaycanda sahibkarlığın inkişafına töhfə vermə bacarığını əks etdirir. Cəlb olunan vəsaitlər bankımızın kiçik və orta biznesin maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyimiz strategiyanın davam etdirilməsinə imkan yaradacaq ki, bu da öz növbəsində ölkə iqtisadiyyatının güclənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək", – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiulauri qeyd edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)
