Biznes sahiblərinin POS-terminal əldə etməsi və istifadə prosesi xeyli asanlaşdırıldı
Unibank biznes sahiblərinin işini asanlaşdırmaq üçün yeni layihə təqdim edir(®) Unibank biznes sahiblərinin POS-terminal əldə etməsi və istifadə prosesini xeyli asanlaşdırıb. Bankın Omnitech şirkəti ilə əməkdaşlığa başlaması, sahibkarlara POS-terminal və kassa aparatlarının çox rahatlıqla əldə edilməsi imkanı yaratmaqla yanaşı, bir sıra güzəştlər və üstünlüklər də qazandırır.
Sahibkarlar Omnitech şirkəti tərəfindən müasir tələblərə cavab verən və bank tərəfindən yüksək proqram təminatı ilə əhatə olunan POS-terminallarla öz fəaiyyətlərini çox rahatlıqla həyata keçirə biləcəklər.
Bu əməkdaşlıq biznes sahiblərinə aşağıdakı üstünlükləri qazandırır:
-Rahat müraciət prosesi: Müştərilər POS-terminal və kassa funksiyalarını özündə birləşdirən unikal cihaz üçün birbaşa Omnitech vasitəsilə müraciət edə bilər, banka getməyə ehtiyac yoxdur.
- Sürətli hesab açılışı: Omnitech müştərinin bank hesabını onlayn açmasına kömək edir və müraciəti birbaşa “Unibank”a yönləndirir.
- Sadələşdirilmiş müqavilə: Müştərilər banka ayrıca müraciət etmədən, Omnitech və Unibank ilə üçtərəfli müqavilə imzalayır.
- Depozit tələbi yoxdur: Müştərilər POS-terminal üçün bankda depozit saxlamaq məcburiyyətində deyil.
- Dövriyyə tələbi yoxdur: POS-terminal xidməti üçün müəyyən dövriyyə məhdudiyyəti qoyulmur.
- Çatdırılma və texniki dəstək: Cihazların quraşdırılması və dəstək xidməti Omnitech tərəfindən həyata keçirilir;
- Çoxfunksiyalı cihaz: Eyni terminal vasitəsilə həm nağd, həm də nağdsız əməliyyatlar həyata keçirilə bilər.
-Tez mədaxil imkanı: POS-terminal vasitəsilə edilən ödənişlər ən qısa müddətdə müştərinin hesabına köçürülür.
Bu layihə biznes sahiblərinin POS-terminal əldə etmə və istifadə etmə prosesini asanlaşdırmaqla yanaşı, daha da əlçatan edir.
Unibank haqqında:
Unibank Azərbaycanın ən böyük özəl banklarındandır. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 32 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. Müştərilərin müxtəlif ehtiyaclarını qarşılamaq üçün geniş bir məhsul çeşidi təqdim edən Unibank, həm fərdi, həm də korporativ müştərilərə yüksək keyfiyyətli xidmət göstərir.
Omnitech haqqında:
Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 13 saat əvvəl
-
1 gün əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 3 gün əvvəl
-
3 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
“Günaydın” restoranı yeni filialını açır
“Pizza Mizza”nın “28 May” filialı açılıb
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
“Qarabağ Tekstil Evi” istifadəyə verildi - Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsullar istehsal edir
İş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb






.jpg)



.jpg)



.jpg)







