İlk 2 ay üzrə neft-qaz göstəriciləri açıqlandı
Yanvar-fevral aylarında 8,1 milyard kubmetr təbii qaz hasil edilibEnergetika Nazirliyinin operativ məlumatlarına əsasən, bu ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,6 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.
İki ay ərzində 3,7 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,2 milyon tonu konsorsiumların, 0,4 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Qeyd edək ki, cari ilin fevral ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 77,5 min ton (584 min barrel) olub. Bunun 63,1 min tonunu (465 min barrel) xam neft, 14,4 min tonunu (119 min barrel) kondensat təşkil edib.
Bu dövrdə neftin emalı 1,2 milyon ton təşkil edib.
2025-ci ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib. Bundan 1,9 milyard kubmetr Avropaya, 1,4 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 0,9 milyard kubmetr), 0,5 milyard kubmetr Gürcüstana satılıb.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 mart 2025-ci il tarixinədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə), 473,1 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 mart tarixinədək 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)





.jpg)
