İlk 2 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 6,6% artıb
“İxrac icmalı”nın mart ayı üçün ilkin rəqəmləri açıqlanıb.İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.
Cari ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.
Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, kimya sənayesi məhsulları 30%, çay 21.3%, alüminium və ondan hazırlanan məmulatlar 2.8% artıb.
2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 17,7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
14 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
19 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
24 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
43 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ





























