Azərbaycan Rusiyadan ən çox iribuynuzlu mal-qara alan ölkə olub - 13 MİN BAŞLIQ İDXAL
Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatına görə, 2025-ci ilin 28 fevral tarixinədək Rusiyadan heyvanların ixracı 71 min baş təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,5 dəfə çoxdur.
Marja.az xəbər verir ki, ixrac olunmuş 71 min baş heyvanın 24 min başı iribuynuzlu mal-qara olub. O cümlədən, Azərbaycana 13 min baş, Qırğızıstana 4,6 min baş, Özbəkistana 1,7 min baş və Tacikistana 1,7 min baş iribuynuzlu mal-qara ixrac edilib.
Rusiyadan donuz əti ixracının həcmi iki dəfə artaraq 44,4 min ton təşkil edib. Fevralın 28-nə olan məlumatlara görə, donuz əti ixracı ən çox Vyetnama olub - 2,3 dəfə artıb və 11 min ton təşkil edib. Honq-Konqa (2,7 min ton), Belarusa (19,2 min ton), Serbiyaya (2,1 min ton) və Qazaxıstana (1,5 min ton) icarcın həcmi də artıb.
Rusiyanın quş əti ixracı isə 18% artaraq 56,9 min tona çatıb. Əsas çatdırılma istiqamətləri Səudiyyə Ərəbistanı, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan və BƏƏ olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
14 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
19 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
24 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
43 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ



























.jpg)





