Niderlandın ING bankı Azərbaycan üçün inflyasiya proqnozunu dəyişib
Niderlandın ING bank qrupu Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,2 %, 2026-cı ildə isə 4,9 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə ING-yə istinadən xəbər verir.
Bu gözləntilər qrupun bundan əvvəlki proqnozlarına nisbətən müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi çoxdur.
Proqnoza əsasən, Azərbaycanda orta illik inflyasiya 2025-ci ilin birinci rübündə 5,7 %, ikinci rübdə 6,1 %, üçüncü və dördüncü rüblərdə 4,5 %, 2026-cı ilin sonuncu rübündə 5,7 % olacaq.
İqtisadiyyat Nazirliyi orta illik inflyasiyanı 2025-ci ildə 4,6 %, 2026-cı ildə 4 % səviyyəsində proqnozlaşdırır. Azərbaycanın Mərkəzi Bankının son (2025-ci ilin yanvar ayında) proqnozlarına əsasən isə cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə 3,8 % olacaq.
BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % olacağını proqnozlaşdırır.
Beynəlxalq reytinq agentlikləri "S&P Global" və "Moody's" Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində proqnozlaşdırırlar.
Qeyd edək ki, Azərbaycanda ötən il orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvarında isə 5,4 % təşkil edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)








.jpg)
