Banklar Assosiasiyasında yığıncaq keçirilib, prezidenti və vitse-prezidenti təsdiq edilib
21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilib.
Bu barədə ABA məlumat yayıb.
Qeyd edilib ki, Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.
İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının, eləcə də ABA-nın Rəyasət Heyətinin və Audit Komitəsinin tərkibinin və rəhbər heyətinin təsdiqi daxil edilmişdi.
İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, ABA-nın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilib:
“Rabitəbank” ASC-nin müşahidə Şurasının sədri Zakir Nuriyev - ABA-nın prezidenti;
“ABB” ASC-nin İdarə Heyəti sədri Abbas İbrahimov - ABA-nın vitse-prezidenti;
“Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev;
“Kapital Bank” ASC-nin İdarə Heyəti sədri Fərid Hüseynov;
“XalqBank” ASC-nin Müşahidə Şurasının sədri Asim Məmmədli;
“Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimov;
“Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev;
“UniBank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov;
“YapıKrediBank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Cenk Yüksel;
“Ziraatbank” ASC-nin İdarə Heyətinin sədri Dr. Səlcuq Dəmir;
“AqrarKredit” BOKT-un İdarə Heyəti sədri Məmməd Musayev;
Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)







