Birbank Biznes-in innovativ bonus proqramı: daha çox istifadə, daha çox qazanc
(®) Birbank Biznes korporativ müştərilərinin ehtiyaclarını qarşılamaq və onlara daha yaxın olmaq məqsədilə loyallıq proqramını təqdim edir.
Birbank Biznes-dən istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulan layihə çərçivəsində müştərilər bank əməliyyatlarını həyata keçirdikcə bonuslar qazana, topladıqları bonusları əməliyyatlar zamanı istifadə edə bilərlər.
Loyallıq proqramının əsas xüsusiyyətləri:
Bonus qazanmaq imkanı: Həyata keçirilən hər bir ölkədaxili köçürmə, ölkəxarici köçürmə və valyuta mübadiləsi əməliyyatı müştərilərə bonuslar qazandırır. Bu, hər bir əməliyyatın müştərilər üçün əlavə dəyər yaratması deməkdir. Bonusların toplanması Birbank Biznes istifadəçilərinin gündəlik biznes fəaliyyətlərini daha da sərfəli hala gətirir.
Bonusların istifadəsi: Toplanan bonuslar müştərilərə bankdaxili əməliyyatlarının komissiyalarını qismən və ya tam ödəmək imkanı yaradır. Bu, əməliyyat xərclərini optimallaşdırmağa və maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verir. Bu isə müştərilər üçün sərfəli olmaqla yanaşı, həm də onlara bizneslərinin maliyyə idarəetməsini gücləndirmək imkanı verir.
Loyallığın artırılması: Bu proqram korporativ müştərilərlə uzunmüddətli əməkdaşlığı hədəfləyir. Belə ki, müştərilərin əməliyyatlarına əlavə fayda qataraq onlara bankın müxtəlif məhsul və xidmətlərindən daha geniş istifadə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız bir məhsul üzrə deyil, bir neçə məhsul üzrə də daha fəal və effektiv şəkildə fəaliyyət göstərərək bizneslərinə dəyər qata bilərlər.
Ətraflı məlumat üçün link: https://kbl.az/bbpr
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfiprsaytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
23 d. əvvəl
Gömrük Komitəsi: “Biləsuvar” gömrük postundakı problemlərə bəzi şəxslər səbəb olub
-
28 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
- 28 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
Ən çox oxunanlar
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO











.jpg)






.jpg)



