Azərbaycanın neft ixracında sıçrayış - YANVARDA GƏLİR 1 MİLYARD DOLLARDAN ÇOX ARTIB
2025-ci ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının statistik dəyəri 2 milyard 792 milyon 679 min dollar təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın dəyəri 2025-ci ilin yanvar ayında 2024-ci ilin yanvar ayı ilə müqayisədə 1 milyard 170 milyon 750 min dollar və ya 72,2% artıb. 2024-ci ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyəri 1 milyard 621 milyon 928 min dollar təşkil etmişdi.
Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın statistik dəyərinin artması miqdar ifadəsilə ixracın artmasından qaynaqlanır. Başqa sözlə, Azərbaycan dünya bazarlarında daha çox xam neft və təbii qaz göndərib.
Azərbaycandan ixrac olunan xam neftin statistik dəyəri 2025-ci ilin Yanvar ayında 2024-cü ilin yanvar ayı ilə müqayisədə 2,2 dəfə və ya 1 milyard 39 milyon 582 min dollar artaraq 1 milyard 903 milyon 35 min dollar, təbii qazın statistik dəyəri isə 130 milyon 292 min dollar və ya 17,6% artaraq 870 milyon 82 min dollar təşkil edib.
Xam neftin ixracı miqdar ifadəsilə 1 milyon 462 min 278 tondan (2024-cü ilin yanvar ayı) 3 milyon 460 min 827 tona (2025-ci ilin yanvar ayı) yüksəlib (2,4 dəfə artıb).
Azərbaycandan təbii qaz ixracı miqdar ifadəsilə 1 milyard 931 milyon 879 min kub metrdən (2024-cü ilin yanvar ayı) 2 milyard 338 milyon 620 min kub metrə (2025-ci ilin yanvar ayı) yüksəlib.
2024-cü ilin Yanvar ayında Azərbaycandan ixrac olunmuş xam neftin ststistik dəyəri 863 milyon 453 min dollar, təbii qazın statistik dəyəri isə 739 milyon 791 min dollar təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
10 d. əvvəl
Azərbaycan bankı İsveçrə şirkətindən 10 milyon dollar kredit cəlb edib
-
18 d. əvvəl
“2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” təsdiq edilib
-
-
23 d. əvvəl
Valyuta mübadiləsi şirkəti “Eliko”nun vəzifəli şəxsi 10 min manat cərimlənib
-
28 d. əvvəl
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub - VİDEO
-
47 d. əvvəl
Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı
-
1 saat əvvəl
Qızılda 2026 ssenariləri: İri banklar ciddi bahalaşma gözləyirlər - QİYMƏT PROQNOZLARI
-
1 saat əvvəl
Qazaxıstan BTC üzrə neft tədarükünü 2,2 milyon tona çatdırmağı planlaşdırır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 21 saat əvvəl
Qızılın bahalaşması yenidən sürətlənib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ



























.jpg)



