Rusiya banklarından rekord xalis mənfəət
Rusiya bankları 2024-cü ildə 3,8 trilyon rubl (təxminən 38,7 milyard dollar) xalis mənfəət əldə edib.Rusiya Mərkəzi Bankının dərc etdiyi hesabatda, Rusiya bank sektorunun 2024-cü il üzrə göstəriciləri açıqlanıb.
Marja.az xəbər verir ki, hesabatda Rusiya banklarının korporativ kredit portfelinin əvvəlki ilə nisbətən 17,9 faiz artaraq 87,8 trilyon rubla çatdığına diqqət çəkilərək, rublun müəyyən dövrlərdə ucuzlaşmasının banklara "birdəfəlik" müsbət töhfə verdiyi qeyd edilib.
Hesabatda ölkədəki bankların keçən il rekord səviyyədə - 3,8 trilyon rubl xalis mənfəət əldə etdiyi, əmanətlərin də 26,1 faiz artaraq 57,5 trilyon rubla çatdığı bildirilib.
Hesabatda əmanətlərin artmasının əsas səbəbləri kimi əhalinin gəlir səviyyəsinin artması və yüksək əmanət faizlərinin olduğu vurğulanıb.
Rusiya banklarının xalis mənfəəti sanksiyalara görə 2022-ci ildə əvvəlki illə müqayisədə 2,4 trilyon rubldan 202 milyard rubla qədər azalmış, 2023-cü ildə isə 3,3 trilyon rubla yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



.jpg)
