Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Almaniyada və ABŞ-da dərc olunan statistik məlumatlar fonunda dollar major valyutalar qarşısında bahalaşıb. EUR/USD valyuta cütlüyü bazar ertəsi günü 1.0533 səviyyəsini test etdikdən sonra 1.0425 səviyyəsinə qədər ucuzlaşıb. EUR/GBP cütlüyü isə 0.8420 səviyyəsindən 0.8380 səviyyəsinə qədər geriləyib.
USD/JPY cütlüyü dünən günün birinci yarısında 153.700 həddinə qədər kəskin ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb və bugün 155.950 həddinə qədər yüksəlib. Qeyd etmək lazımdır ki, bugün Yaponiya Bankı (BoJ) İstehlak Qiymətlərinin Baza İndeksinin dekabr ayında illik ifadədə 1.9%-ə qədər artdığını açıqladı. Eyni dövr ərzində USDCHF valyuta cütlüyü 0.8965 səviyyəsindən 0.9059 səviyyəsinə qədər bahalaşıb.
Çinin süni intellekt startapı “DeepSeek” ilə bağlı narahatlıqlar fonunda ABŞ-da çip istehsalçılarının səhmlərinin qiyməti kəskin şəkildə ucuzlaşdı. Mütəxəssislər hesab edirlər ki, “DeepSeek” ABŞ-ın aparıcı süni intellekt şirkəti və “ChatGPT”-nin yaradıcısı “OpenAI” üçün ciddi rəqib ola bilər. Belə ki, “Nvidia”-nın səhmləri 16.97% ucuzlaşıb. Bu da onun bazar kapitallaşmasının 600 milyard dollar azalmasına səbəb olub. Bu Amerika bazarı tarixində rekord göstəricidir. “Broadcom” səhmləri 17.31%, “Alphabet” 4.19%, AMD 6.39%, Intel 2.55% ucuzlaşıb.
Dolların bahalaşması dünən qızılın qiymətinin ucuzlaşmasına səbəb olub. Dəyərli metal artıq 2740$ səviyyəsinə yaxınlaşıb. “Brent” markalı neftin qiyməti isə 76.90$ səviyyəsini test edib. Hazırda “qara qızıl”-ın dəyəri 77.95$ təşkil edir.
Bazar ertəsi günü “IFO” tədqiqat institutunun yaydığı hesabata əsasən, Almaniyada Biznes Mühiti İndeksi dekabr ayı ilə müqayisədə yanvar ayında 84.7 bənd səviyyəsindən 85.1 bənd səviyyəsinə kimi yüksəlib. Dərc olunan göstərici analitiklərin 84.9 bəndlik proqnozunu üstələyib. ABŞ-da isə Yeni Mənzil Satışlarının Həcmi noyabr ayı ilə müqayisədə dekabr ayında 3.6% artıb və 698 min təşkil edib.
Bugün investorlar ABŞ-da Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq “CB” İstehlakçıların İnam İndeksini diqqətlə izləyəcəklər. Həmçinin, Uzunmüddətli İstifadə Məhsulları üzrə Sifarişlərin Həcmi İndeksi bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu






















