Azercell-dən "Saxta təkliflər" açıqlaması
Azercell abunəçilərinin nəzərinə !Sosial şəbəkələrdə “Azercell Telekom” MMC adından saxta paylaşımlar edilərək dəyərindən aşağı qiymətə müxtəlif internet paketləri, tariflər və s. xidmətlər təklif olunur. Saxta təkliflərdən yararlanmaq üçün abunəçilərdən bank kartı məlumatlarının daxil edilməsi tələb edilir, nəticədə həmin məlumatlar ələ keçirilir və istifadəçilər maliyyə itkiləri ilə qarşılaşırlar.
“Azercell Telekom” MMC bildirir ki, qeyd olunan halların Azercell ilə heç bir əlaqəsi yoxdur və bu cür hadisələrlə qarşılaşdığınız halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edir:
Qeyd edilənləri nəzərə alaraq “Azercell Telekom” MMC abunəçilərini aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
- Qeyri-rəsmi səhifələrdə yerləşdirilən təkliflərə diqqətlə yanaşın;
- Saytlarda bank kartı məlumatlarını daxil etməzdən əvvəl saytın və ünvanın Azercell-ə aid olmasını/rəsmi sayt olduğunu yoxlayın;
- Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;
- Azercell adından gələn zənglərə diqqətlə yanaşın və şübhəli hallarda məlumatları dəqiqləşdirin;
- Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqənizin məlumatlarını paylaşmayın;
- Şübhəli məzmunlu internet saytlara daxil olmayın, orada keçirilən müxtəlif oyun, müsabiqə, yarış, həvəsləndirici vədlər verən digər təkliflərdən istifadə etməyin;
- SMS və ya “WhatsApp” mesajlarında göndərilən şübhəli linklərə keçid etməyin;
- Etibar doğurmayan internet resurslarından istifadə etməyin;
- Naməlum şəxslər tərəfindən edilən saxta nömrə, xidmət təklifləri və məlumat sorğularına qarşı diqqətli olun.
Azercell öz abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək məqsədilə rəsmi kanallardan və səhifələrdən istifadəni tövsiyə edir:
Azercell Eksklüziv mağazaları və Azercell-in rəsmi diler şəbəkəsi
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 35 d. əvvəl
-
40 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)







.jpg)








