Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün Almaniyada və Avrozonada statistik məlumatların dərc olunması fonunda dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı. Belə ki, EUR/USD valyuta cütlüyü dünən gün ərzində 1.0341 səviyyəsinə qədər eniş etdikdən sonra bahalaşdı və 1.0434 səviyyəsini test etdi. Hazırda məzənnə 1.0410 həddində ticarət olunur. Eyni dövr ərzində GBP/USD cütlüyü 1.2228 həddindən 1.2359 həddinə kimi bahalaşıb.
Qızılın dəyəri artmaqda davam edir. Dəyərli metalın bir unsiyası 2754$-a ticarət olunur. Qiymət 2024-cü ilin oktyabr ayından bəri ilk dəfədir ki, qeyd olunan həddə yüksəlib. “Brent” markalı neftin bir barrel üçün qiyməti isə 80$-ın bir qədər altına enərək 79.90$-a ticarət olunur. Həmçinin, Kanadada dünən inflyasiyaya dair göstəricilərin açıqlanması fonunda kəskin volatillik formalaşıb.
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra bütün idxal olunan mallara dərhal rüsum tətbiq etmədiyinə görə dövlət istiqrazlarının gəlirliyi çərşənbə axşamı günü azalıb. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 5.7 baza bəndi azalaraq 4.57%-ə qədər enib. 30 illik qiymətli kağızlar üzrə göstərici 6.7 baza bəndi azalaraq 4.793%, 2 illik istiqrazlar üzrə 1 baza bəndi azalaraq 4.281% təşkil edib.
Əvvəlki vədlərə baxmayaraq, Tramp yanvarın 20-də, andiçmə mərasimindən dərhal sonra ABŞ-a idxal edilən bütün malların həcminə əlavə rüsumlar tətbiq etməyib. Bir çox bazar iştirakçıları hesab edir ki, belə bir tədbir ölkədə inflyasiyanı kəskin şəkildə artıra bilər və bunun reallaşması bazar tərəfindən müsbət qarşılanıb. Ekspertlər hesab edir ki, Trampın hələ yeni tariflərlə bağlı sərəncam imzalamaması onun ilk növbədə ABŞ-ın ticarət tərəfdaşları ilə razılığa gəlməyə çalışacağına və tariflər təhlükəsindən danışıqlarda alət kimi istifadə edəcəyinə ümid yaradır.
Bugün Bakı vaxtı ilə saat 19:15-də Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı investorların diqqət mərkəzində olacaq əsas hadisədir. Həmçinin, qeyd etmək lazımdır ki, Davosda keçirilən Dünya İqtisadi Forumu davam edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu


























