Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimi bazar ertəsi günün əsas hadisə olub. Siyasətçi çətin ki, prezidentliyinin ilk günlərində Çinə rüsumlar tətbiq etsin. Qeyd olunur ki, Tramp ticarət müharibəsi elan etməzdən əvvəl Pekinlə dialoqa girməyə hazırdır. Eyni zamanda, Ağ Evin rəhbəri fevralın 1-dək Meksikanı və Kanadanı 25%-ə qədər tariflər tətbiq etməklə hədələyib. Bunların fonunda EUR/USD valyuta cütlüyü ötən gün ərzində 1.0266 səviyyəsindən 1.0434 səviyyəsinə qədər bahalaşdı. Lakin, sonradan bir qədər geriləyərək 1.0352 səviyyəsinə kimi ucuzlaşdı. Hazırda cütlük 1.0381 həddində ticarət olunub.
Qızıl artım tendensiyasını davam etdirib. Dəyərli metal bugün artıq 2729$ səviyyəsinin üzərinə qalxa bilib. Trampın ABŞ-ın strateji neft ehtiyatını "tam doldurmaq" planları fonunda “Brent” markalı neftin bir barrel üçün dəyəri 80.50$-a qədər ucuzlaşdı.
“Bitcoin” dünən tarixi rekord hədd olan 109600$-a qədər bahalaşdıqdan sonra ucuzlaşıb. Kapitallaşmaya görə ən böyük kriptovalyuta Trampın axşamkı andiçmə mərasimindəki çıxışına enişlə reaksiya verdi. Buna səbəb kimi yeni seçilmiş ABŞ prezidentinin xalqa müraciəti zamanı bu sektoru qeyd etməməsi qeyd olunur.
Ötən gün dərc olunan məlumatlara əsasən Yaponiyada Sənaye Sektorunda İstehsal Həcmi oktyabr ayı ilə müqayisədə noyabr ayında 2.2% azalıb. Analitiklər 2.3%-lik azalmanın olacağını proqnoz etmişdilər. Almaniyada İstehsal Qiymətləri İndeksi (PPI) isə noyabr ayında 0.5% artıqdan sonra dekabr ayında 0.1% zəifləyib.
Bugün Böyük Britaniyada açıqlanacaq əmək bazarı statistikası investorların diqqət mərkəzində olacaq. Həmçinin, Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) Almaniya və Avrozonaya dair hesabatı dərc olunacaq. Bakı vaxtı ilə saat 12:00-da Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində görüşlər başlayacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
14 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 saat əvvəl
-
16 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
Ən çox oxunanlar
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu



























