İqtisadçılar qlobal inflyasiyanın 2028-ci ilə qədər yüksək səviyyədə qalacağını gözləyirlər
Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (İFO) və İsveçrə İqtisadi Siyasət İnstitutunun (IWP) "İqtisadi ekspertlər arasında sorğu"na əsasən, yüksək inflyasiya növbəti illərdə də dünya miqyasında problem olaraq qalacaq.İqtisadçılar yüksək inflyasiyanın gələcək illər üçün dünya miqyasında problem olaraq qalacağını gözləyirlər.
Marja xəbər verir ki, Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (Ifo) və İsveçrə İqtisadi Siyasət İnstitutu (IWP) rübdə bir dəfə keçirilən “İqtisadiyyat üzrə Ekspertlər Sorğusu”nun 2024-cü ilin son rübünün nəticələrini açıqlayıb.
Araşdırmaya görə, 2025-ci ildə qlobal orta inflyasiyanın 3,9 faiz olacağı gözlənilir.
İqtisadçılar 2026-cı ildə qlobal inflyasiyanın 3,5 faizədək azalacağını proqnozlaşdırırlar. 2028-ci ildə inflyasiyanın bu səviyyədə qalacağı gözlənilir.
İqtisadçılar regiondan asılı olaraq inflyasiya dərəcələrində də böyük fərqlər proqnozlaşdırırlar.
Bu il üzrə inflyasiya gözləntiləri Qərbi Avropa üçün 2,1 faiz, Şimali Amerika üçün 2,6 faiz və Cənub-Şərqi Asiya üçün 2,9 faiz olmaqla qlobal orta göstəricidən aşağı olub.
Digər tərəfdən, 2025-ci il üzrə inflyasiya gözləntiləri Cənubi Asiya üçün 7,4 faiz, Cənubi Amerika üçün 33,6 faiz, Şimali Afrika üçün 37,2 faiz və Şərqi Afrika üçün 27,6 faiz olmaqla qlobal ortalamanın üzərindədir.
İqtisadçılar 2025-ci ildə Almaniyada 2,4 faiz, Avstriyada 2,5, İsveçrədə isə 1,2 faiz inflyasiya gözləyirlər.
Ifo araşdırmaçısı Niklas Potrafke etdiyi qiymətləndirmədə, "İnflyasiya proqnozları mərkəzi bankların inflyasiya hədəflərinin üzərində qalmağa davam edir. Bu inflyasiya gözləntiləri ilə daha çox faiz endirimi mümkün deyil" deyib.
4-18 dekabr 2024-cü il tarixləri arasında keçirilən sorğuda 125 ölkədən 1398 iqtisadçı iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)



