Kapital Bank “TIME” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb
Ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan “TIME” jurnalının xüsusi buraxılışında müsahibəsi yayımlanıb.
Müsahibədə Hüseynov Kapital Bank-ın 150 illik zəngin tarixindən və bu illər ərzində ölkənin bankçılıq sektoruna gətirdiyi innovativ həllərdən bəhs edib. O, bankın rəqəmsal transformasiya prosesində süni intellektin tətbiqinə xüsusi diqqət yetirdiyini və bunun nəticəsində müştərilərə təqdim olunan rəqəmsal həllərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Bankın sədri, eləcə də Kapital Bank-ın yaşıl bankçılıq prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə töhfə verdiyini və müştəri məmnuniyyətini hər zaman ön planda tutduğunu bildirib.
Kapital Bank-ın qeyri-neft sektorunda ölkə iqtisadiyyatının inkişafına dəstək olan maliyyə institutlarından biri olduğunu qeyd edən Hüseynov, bu istiqamətdə bankın infrastruktur layihələrinə, təhsilin inkişafına yatırdığı investisiyalardan danışıb. “Yeni texnologiyanın gücündən tam istifadə etmək üçün güclü və istedadlı komandaya daim ehtiyac var və bu istedadların sizinlə qalmasını təmin etməlisiniz. Kapital Bank-ın Azərbaycanda beş milyondan çox müştərisi var. Bank olaraq bizi müştəri mərkəzli xidmətdə zirvələrə daşıyan əməkdaşlarımızın da daxili müştərilərimiz olduğunu və onların rifahına da önəm verməyin vacibliyini anlayırıq”.
O, həm də 5000-dən çox əməkdaşı ilə Kapital Bank-ın ölkənin əmək bazarının inkişafına da əhəmiyyətli töhfəsini vurğulayıb.
Eyni zamanda gələcəyə baxışla bağlı danışan Hüseynov, Kapital Bank-ın daim inkişaf etməkdə olan texnologiyaları tətbiq etməklə müştərilərinə daha müasir və rahat bank xidmətləri təqdim etməyə davam edəcəyini bildirib. O, bankın həm yerli, həm də beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcəyinə və Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib.
Məqaləni oxumaq üçün: https://time.com/partnercontent/
Qeyd edək ki, 1923-cü ildən nəşr olunan “TIME” jurnalı dünyanın ən geniş oxucu kütləsinə malik həftəlik media orqanlarından biri hesab olunur. Jurnalın 2024-cü ilin son günlərində çıxan bu sayı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bu buraxılış tarixdə ilk dəfə olaraq Donald Trampın ikinci dəfə “İlin Adamı” seçilərək jurnalın üz qabığında yer alması ilə xüsusi əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 50 d. əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)






.jpg)






