Aqrar Sığorta Fondunun fermerlər və təsərrüfatlara - SIĞORTA ÖDƏNİŞLƏRİ 2 DƏFƏ ARTIB
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edərək faydalanan fermerlərin sayı artmaqdadır.
2024-cü yanvar-noyabr aylarının nəticələrinə əsasən sığortalanan meyvə bağları/əkin sahələri və heyvnadarlıq təsərrüfatları üzrə fermerlərə zərər ödənişlərində yüksək artım baş verib.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş sığortalı fermerlərə 5 milyon 642 min manat sığorta ödənişi edilib.
Sığorta ödənişlərinin 4 milyon 659 min manatı meyvə bağları/əkin sahələri, 983 min manatı isə heyvandarlıq sığortası üzrə edilib.
2023-cü ilin eyni dövrünə nisbətən sığorta ödənişlərinin məbləği 2 dəfə, o cümlədən meyvə bağları/əkin sahələri üzrə ödənişlər 2,3 dəfə, heyvnadarlıq təsərrüfatları üzrə ödənişlər isə 40% artıb.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə Aqrar Sığorta Fondu tərəfindən sığortalı fermerlərə ümumilikdə 2 milyon 741 min manat sığorta ödənişi edilmişdi. Bundan 2 milyon 043 min manat meyvə bağları/əkin sahələri, 698 min manat isə heyvandarlıq sığortası üzrə edilmişdi.
2024-cü ilin ilk 11 ayında bitkiçilik sığortası üzrə ən çox sığorta ödənişləri fırtına, dolu, şaxtavurma və subasma hadisələri üzrə həyata keçirilib. Heyvandarlıq sığortasında isə ödənişlərin böyük hissəsi yoluxucu xəstəliklər və ot-yemdən zəhərlənmə hallarına aid olub.
2024-cü ilin yanvar-noyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən ümumilikdə 410 min 561 hektar əkin sahəsi sığortalanıb. Əkin sahələrinə 462 milyon manat məbləğində sığorta təminatı verilib.
Bu dövrdə ölkə üzrə 3 169 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 19 milyon 554 min manat sığorta təminatı verilib.
Hesabat dövrü ərzində 12 milyon 829 min manat sığorta haqqı toplanıb. Bitkiçilik üzrə ödənilən sığorta haqları 10 milyon 934 min manat, heyvandarlıq sahəsi üzrə isə 1 milyon 895 min manat təşkil edib.
Ən çox sığortalanan əkin sahələri taxıl və pambıq bitkiləri ilə yanaşı, nar, şaftalı, nektarin, fındıq, üzüm və zeytun bağları, çəltik, şəkər çuğunduru sahələri olub.
Xatırladaq ki, Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə təqdim edilir – sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




.jpg)
