Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı günü ABŞ-da, Almaniyada, Avrozonada və Böyük Britaniyada vacib statistik məlumatlar dərc olundu. Bugün səhər saatlarında avro dollar və funt qarşısında bir qədər bahalaşıb. EUR/USD cütlüyü 1.0485 səviyyəsindən 1.0505 səviyyəsinə qədər, EUR/GBP cütlüyü isə 0.8249 səviyyəsindən 0.8263 səviyyəsinə qədər bahalaşıb.
Açıqlanmış məlumatlara əsasən, Avrozonanın Ticarət Saldosu sentyabr ayı ilə müqayisədə oktyabr ayında 11.6 milyard avrodan 6.8 milyard avroya qədər azalıb. İdxalın həcmi 3.2% artaraq 247.2 milyard avroya, İxracın həcmi isə 2.1% artaraq 254 milyard avroya çatıb. Eləcə də, Avrozonada İqtisadi İnkişaf Proqnozu İndeksi 12.5 bənddən 17 bəndədək yüksəlib.
Almaniyanın “IFO” tədqiqat institutu tərəfindən hesablanan Almaniyanın Biznes Mühiti İndeksinin noyabr ayı üzrə yenilənmiş nəticəsi 85.6 bənddən dekabr ayında 84.7 bəndədək zəifləyib. Analitiklər göstəricinin dekabrda 85.6 bəndədək geriləyəcəyini proqnozlaşdırmışdılar. Həmçinin, Almaniyanın Cari Qiymətləndirilməsi İndeksi 84.3 bənddən 85.1 bəndədək yüksəlib, Biznes Gözləntiləri İndeksi isə 87 bənd səviyyəsindən 84.4 bənd səviyyəsinədək azalıb.
Əlavə olaraq, Almaniyada İqtisadi İnkişaf Proqnozu İndeksi noyabr ayı ilə müqayisədə dekabr ayında gözlənilmədən 7.4 bənd səviyyəsindən 15.7 bənd səviyyəsinədək artıb və dörd ayın ən yüksək səviyyəsinə yüksəlib. Digər tərəfdən, Almaniyada Cari Vəziyyət İndeksi zəifləməyə davam edib; göstəricinin -91.4 bənddən -92.6 bəndədək geriləməsi ehtimal olunsa da, nəticədə -93.1 bəndədək azalıb.
ABŞ-da Pərakəndə Satış Dövriyyəsinin Həcmi oktyabr ayı ilə müqayisədə noyabr ayında 0.7% artıb və davamlı istehlak xərclərinin artmasına işarə etməyə davam edib. Oktyabr ayı üzrə olan nəticələr 0.4%-dən 0.5%-dək yeniləndi. Həmçinin, Pərakəndə Satış Dövriyyəsi Həcminin Baza İndeksi noyabr ayında 0.2% təşkil edib. Eləcə də, ölkənin Sənaye Sektorunda İstehsal Həcmi aylıq ifadədə 0.1 azalıb.
Kanadada oktyabr ayı ilə müqayisədə noyabr ayında istehlak qiymətləri aylıq ifadədə dəyişməyib, Böyük Britaniyada işsizlik isə 4.3% səviyyəsində qalıb. “Bitcoin” tarixi maksimum həddini yenilədikdən sonra kəskin ucuzlaşıb. Kriptovalyuta 108370$ səviyyəsini test etdikdən sonra 103890$ səviyyəsinə qədər geriləyib.
Bugün Bakı vaxtı ilə saat 23:00-da FED-in Federal Ehtiyatlar və Birjalar Komitəsinin (FOMC) faiz qərarı açıqlanacaq. Bazar iştirakçıları mərkəzi bankın toplantı nəticələrini maraqla izləyəcəklər. Həmçinin, Avrozonada və Böyük Britaniyada dərc olunacaq inflyasiyaya dair göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 d. əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alınır
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
3 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Ən çox oxunanlar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib


























