Bu şəxslərin əldə etdikləri mənfəətin 90 faizi vergidən azad edilir - VİDEO
Mədəniyyət sahəsində bir sıra vergi güzəştləri təklif olunur.
Marja xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin əməkdaşı Günel Bəhramqızı bildirib.
O qeyd edib ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə vergi güzəştlərinin verilməsi istiqamətindədir.
Hazırda qüvvədə olan məcəllədə film istehsalını və dublyajını həyata keçirən kinomatoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib.
Təklif olunan dəyişikliklərə əsasən, güzəştin həcminin 75 faizdən 90 faizə, müddətinin 3 ildən 5 ilə, güzəşt verilən subyektlərin sayının 2-dən 6-dək artırılması, həmin subyektlərin siyahısına isə teatr, muzey, simfonik orkestr və film prodüseri fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə olunması nəzərdə tutulur. Bundan əlavə, film istehsalı və dublyajını həyata keçirən fiziki şəxslərin və film prodüserinin həmin fəaliyyətdən əldə etdiyi gəlirlərin 90 faizinin 5 il müddətinə gəlir vergisindən də azad edilməsi təklif olunur. Həmçinin, həmin şəxslərin bu fəaliyyət sahələrinin həyata keçirildiyi obyektlərinin yerləşdiyi torpaqlara görə 5 il müddətinə torpaq vergisindən azadolma nəzərdə tutulur.
Teatr, muzey, simfonik orkestr, film istehsalı, yayımı və dublyajı fəaliyyətinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə royalti gəlirlərinin də 5 il müddətinə 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergidən azad edilməsi təklif olunur.
Bundan əlavə, təklif edilən dəyişikliklərdə, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə fiziki şəxs olan istehlakçılar tərəfindən nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizinin həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bütövlükdə, mədəniyyət sektoruna vergi güzəştlərinin verilməsi nəticəsində bu sahənin inkişafı, əlavə investisiyaların cəlbi və bu sahədə fəaliyyətin şəffaflaşması hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
2 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU



















