Masallı Sənaye Məhəlləsində istehsal 15%-ə yaxın artıb
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya kapitalı 6,2 milyon manat olan 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək görülmüş işlərə 2,1 milyon manat investisiya yatırılıb, 70 nəfərlik iş yeri yaradılıb.
Bu barədə Marja-ya Agentlikdən bildirilib.
Qeyd edilib ki, növbəti mərhələdə mövcud layihələr üzrə Sənaye Məhəlləsinə əlavə olaraq 4,1 milyon manat investisiyanın yatırılması 159 iş yerinin yaradılması nəzərdə tutulur.
Masallı Sənaye Məhəlləsində indiyədək 14,2 milyon manatlıq məhsul istehsal edilib.
Sənaye Məhəlləsində məhsul istehsalında müsbət dinamika müşahidə edilir. Belə ki, 2023-cü ilin 9 ayında 1,9 milyon manatlıq məhsul istehsal edilmişdirsə, cari ilin müvafiq dövründə isə 2,2 milyon manatlıq məhsul istehsalı həyata keçirilib. İstehsal 15%-ə yaxın artıb. İstehsal olunan məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)




