Niderland şirkəti Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanda iqtisadi artım üzrə proqnozunu 4,2 %, 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,8 % səviyyəsində müəyyən edib.
Bu barədə şirkətin açıqladığı proqnozlara istinadən xəbər verilir. Bundan öncəki proqnoza nisbətən 2024-cü il üçün gözləntilər 0,7 faiz bəndi artıb, 2025-ci il və 2026-cı il üçün isə dəyişməyib.
Hesabata əsasən, 2024-cü ilin üçüncü rübündə ÜDM artımı 5,4 %, dördüncü rübdə 3 % proqnozlaşdırılır. Həmçinin 2025-ci ilin birinci rübündə iqtisadi artım proqnozu 2 %, ikinci rübdə 2,5 %, üçüncü və dördüncü rübdə isə 3 % səviyyəsində nəzərdə tutulub. 2026-cı ilin son rübündə isə iqtisadi artımın 2 % təşkil edəcəyi proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % artıb.
Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 %, 2028-ci ildə 3,3 % səviyyəsində gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 3,8 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.
Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda ÜDM istehsalının bu il 3,2 %, 2025-ci ildə 2,7 %, 2026-cı ildə isə 2,4 % artacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM artımını 3,2 %, 2025-ci ildə 2,5 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 3,1 %, 2025-ci ildə isə 2,7 % olacaq.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda 2024-cü ildə iqtisadi artım proqnozunu 2,7 %, gələn ildə isə 2,6 % səviyyəsində proqnozlaşdırılır.
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 %, 2025-ci ildə 2 %, 2026-cı ildə 1,5 %, 2027-ci ildə isə 1,5 % təşkil edəcək.
“Moody’s” beynəlxalq reytinq agentliyi isə Azərbaycanın real ÜDM artımının 2023-cü ildəki 1,1 %-dən 2024-cü ildə 2,1 %-ə qədər sürətlənəcəyini proqnozlaşdırır.
“Fitch Ratings” beynəlxalq reytinq agentliy ölkə iqtisadiyyatının bu il 3,2 %-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7 %-ə, 2026-cı ildə isə 2,3 %-ə qədər yavaşlayacağını proqnozlaşdırılır.
© "Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)



