"BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır"
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcəkdir”, - nazir qeyd edib.
M. Cabbarov xatırladıb ki, bu ilin yanvar ayında BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sənədlər, o cümlədən “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb: “Qeyd etməliyəm ki, imzalanmış sənəd ikitərəfli münasibətlərin strateji əhəmiyyətini daha da artırır”.
Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşmasına əsasən iki ölkə arasında 1 milyard ABŞ dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılıb.
“Məqsədimiz ölkələrarası əməkdaşlığın genişləndirilməsi, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşdırılmasıdır”, - M. Cabbarov vurğulayıb.
Nazir əlavə edib ki, Hökumətlərarası Komissiya əməkdaşlıq üçün mühüm platformadır və ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır: “Bu ilin avqust ayında tarixi şəhərimiz Şuşada Komissiyanın 9-cu iclasının uğurla keçirilməsi birgə səylərimizin bariz nümunəsidir. Ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirməyə sadiqik və bu ortaq məqsədə nail olmaq üçün müştərək fəaliyyətimizi davam etdirəcəyik”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 5 d. əvvəl
-
47 d. əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
53 d. əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Ən çox oxunanlar
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub














.jpg)



.jpg)
