"Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmazlığı var"
"Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var?!""Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmazlığı var".
Bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi rayonlarda həkim və orta tibb işçisi çatışmazlığı istiqamətdə həm Səhiyyə Nazirliyi, həm Azərbaycan Tibb Universiteti, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məsləhətlər aparılmalıdır ki, problemlər həll olunsun.
Komitə sədrinin sözlərinə görə, problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər.
"Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var?! Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu, absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?!”, - komitə sədri əlavə edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 d. əvvəl
- 2 saat əvvəl
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqladı
50 hərrac, 127,1 milyon manatlıq ödəniş
Azərbaycan neftinin son qiyməti
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı















.jpg)











.jpg)
