"Ford Motor" şirkəti 165 milyon dollar cərimələndi
"Ford Motor" arxa görüntü kameraları nasaz olan avtomobilləri vaxtında geri çağırmadığı üçün 165 milyon dollar xərcə düşdü.ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) ilə razılaşmaya əsasən, "Ford Motor" şirkəti geri çağırma tələblərinə əməl etmədiyinə görə 165 milyon dollar cərimə ödəməyə razılaşıb.
Marja.az xəbər verir ki, NHTSA-ın yaydığı açıqlamada açıqlamada, "Ford Motor"un arxa görüntü kameraları nasaz olan avtomobilləri vaxtında geri çağırmadığı və müvafiq qanunun tələb etdiyi kimi məlumat vermədiyi bildirilib.
Açıqlamada bu kontekstdə şirkətlə razılaşma əldə edildiyi bildirilib və "Ford Motor"un qəbul etdiyi 165 milyon dollarlıq cərimənin şirkət tarixində ikinci ən yüksək cəza olduğu vurğulanıb.
Açıqlamada, müqavilə çərçivəsində Ford-un 65 milyon dollar ilkin ödəniş edəcəyi, şirkətin icra öhdəlikləri üçün 45 milyon dollar xərcləyəcəyi, 55 milyon dolları isə növbəti mərhələdə ödəyəcəyi bildirilib.
Açıqlamada, NHTSA-nın əlavə olaraq Forddan geri çağırma prosesini nəzərdən keçirməsini, lazımi dəyişiklikləri etməsini və sürətləndirməsini tələb ediləcəyi qeyd edilib.
Ford 2020-ci ildə arxa kamera probleminə görə 600 mindən çox avtomobili geri çağrılacağını elan etdikdən sonra, NHTSA, şirkətin nəqliyyat vasitələrini vaxtında geri çağırıb-çağırmadığını müəyyən etmək üçün 2021-ci ilin yayında araşdırma başlatmışdı.
NHTSA, "Ford"un qeyri-dəqiq və ya natamam məlumat verdiyini, digər geri çağırışlar üçün vaxtında hesabatlar təqdim etmədiyini və avtomobilin geri çağırılması ilə bağlı məlumatların ictimaiyyətə təqdim edilməsi qaydalarına tam uyğun olmadığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



.jpg)
