Həyat sığortası yoxsa çay evində xərclədiyimiz pullar..
Həyat çox gözəldir, amma hər zaman gələcəyə əminlik, etibarlılıq tələb edir. Bəli, qeyd olunan cümlə əslində çox gözəl səslənir. Lakin hamımıza gözəl olan bu həyatımız gələcəyə əminlik verirmi? Əminəm ki, bu sual çoxlarınızı düşündürür və düşündürəcəkdir də.
Əslində həyatımız riskdir, böyük riskdir. Yəni özün və ailə üzvlərin üçün gələcək planların həyata keçməsi həyatı baxımdan böyük əminlik tələb edir. Bəs bu riskləri qarşılamaq, ailəmizin uğurlu və xöşbəxt gələcəyini davamlı şəkildə olması üçün hansı addımlar atılmalıdır. Düşünürəm ki, bu əminliyi yalnız həyat sığortası ilə əldə etmək mümkündür.
Həyat sığortası deyiləndə ağlımıza ancaq insan həyatının sığortası gəlir. Bəli, səhv də düşünmürük, bu anlamda hamımızın düşüncə tərzimiz eynidir – insan həyatı və onun sığortası. Bəs biz dünyada başqa bir şeylə əvəzlənməyən, sözün yaxşı mənasında dəyəri olmayan insan həyatını necə qiymətləndiririk, insana yalnız bir dəfə bəxş edilən həyatımızı sığortalayırıqmı?
Təbii ki, bu sualın cavabı çox sadə olacaq – “həyatdır da”, “yaşayırıq, hec nə olmaz, mənə maraqlı deyil” kimi ifadələr eşidəcəyik. Lakin düşünəndə ki bir gün baş verə biləcək bir hadisə, sizin və yaxınlarınız üçün qurmaq istədiyiniz gələcəyi alt-üst etdiyi halda necə olacaq? Bu zaman artıq gec olur, özünüz və ailəniz bu hadisədən maddi və münəvi sarsıntı keçirmiş olursunuz.
Bütün bu kimi halların qarşını almaq üçün cüzi sığorta haqqı haqqı ödəməklə yalnız bir həyat sığortası müqaviləsi sizi və ailənizi çətin gündən, məqamdan qurtarar. Həyat sığortası əldə edərkən, özünüz və ailəniz üçün qurmaq istədiyiniz gələcəyi sığortalamış olursunuz.
Dünyaca tanımış cərrah Maruis Barnardın yaxşı bir kəlamı var: “Sığorta sizin ölümə hazırlaşmanız üçün deyil, həyata davamınızın üçün vacibdir”. Həqiqətən də sığorta həyata davamımız üçündür, ölməyimiz üçün deyil.
Bəs bilirsinizmi həyat sığortası nədir?
Mən bunu sadə dillə izah etməyə çalışacam. Sığorta şirkətinə cüzi sığorta haqqı ödəməklə, (məsələn aylıq 15-20 AZN) öz həyatını sığortalayan müştəri istənilən bədbəxt hadisə zamanı (sağalmaz xəstəliyə tutularsa, avtomobil qəzasında ölərsə, eləcə də əmək qabiliyyətini itirərsə və s.) həyatını itirərsə, bu zaman mütərinin və onun ailəsinin köməyinə yalnız və yalnız onun bağladığı həyat sığortası müqaviləsi çatacaq. Bax budur həyat sığortası.
İndiki zamanda heç kim zəmanət verə bilməz ki, 1 saatdan sonra nə baş verəcək. Məhz elə bu konteksdən çıxış edərək misal gətirə bilərik ki, əgər müştəri avtoqəzada və digər sadaladığımız hallarda vəfat edərsə, əminliklə deyə bilərəm ki onun ailəsinə elə ilk maddi yardım həyat sığortası tərəfindən olacaq. Həyat sığortası olduğu halda ailə tam rahat olacaq ki, onlar maddi çətinliklə üzləşməyəcək. Olmadığı halda isə... çətinliklər... problemlər.. yarımçıq qalan arzular və daha nələr...
Artıq həyat təcrübəsi göstərir ki, ailə başçısı öldükdə, ölən şəxs torpağa tapşırıldığı gündən sonra ailə özlərinin müənəvi çətinliklərindən başqa daha çox maddi çətinliklərlə də üzləşməyə başlayır. İmkanlı qohumlar (qohum da yalnız bir dəfə köməklik edir) olmadığı halda isə ailə daha çətin duruma düşür. Vəfat etmiş şəxslə bağlı cümə axşamları, 3-7 və 40 mərasimlərinin verilməsi və bunların hamısı xərc tələb etdiyi üçün ailə maddi çətinlik yaşayır. Bundan başqa, əgər ailədə oxuyan tələbə varsa, həmin tələbənin təhsilinin yarımçıq qalma təhlükəsi daha bir problem yaradır. Beləliklə, ailə öz başçısını itirməklə daha çətin duruma düşür.
Sual yaranır ki, bəs bütün ailə başçıları öz ailəsinin belə çətin duruma düşməməsi üçün nə etməldir, seçimləri nədir? Təbii ki, atalar bu məqaləni oxuduqdan sonra “həyat sığortasını seçərdik” deyərlər.
Bir məqamı da qeyd edim ki, ay ərzində ən azından dostlarla çay evində olanda 15-20 manatlıq hesab ödəyirik. Əslində isə simvolik olan bu məbləği ailəmizin gələcək həyatını dəyişəcək bir xərc hesab etmək olar.
Düşünürəm ki, xərclərimizi düzgün şəkildə tənzimləsək həyat sığortasına da pul ayırmış olarıq.
Ailənizin xöşbəxt gələcəyinə həyat sığortası ilə dəyər verin.
Elnur Hüseynquluyev
“PAŞA Həyat Sığorta” ASC
PR menecer
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 21 saat sonra
-
2 d. əvvəl
Avropa bankı Azərbaycan bankına 75 milyon avroyadək zəmanət verməyi planlaşdırır
-
8 d. əvvəl
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
- 21 d. əvvəl
-
1 saat əvvəl
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Trendyol" Xankəndidə keçirilən regional “İKT-də qızlar” konfransına dəstək olub
-
1 saat əvvəl
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Banklarda stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
"Birmarket": Bütün satıcılarımıza dəyən zərər tam şəkildə və operativ olaraq kompensasiya ediləcək
Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasının müddətini uzadıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına 3 dəfədən çox məbləğdə sifariş təqdim edilib
Fransada işsizlik 5 ilin ən yüksək səviyyəsində
"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi
Dövlət şirkətinə Baş direktor təyin edilib






.jpg)






.jpg)







